Главная > Siyasət > Masallı RİH başçısı şəhid ailələrini ziyarət edib

Masallı RİH başçısı şəhid ailələrini ziyarət edib


2-01-2021, 11:12. Разместил: yeni321
Masallı RİH başçısı şəhid ailələrini ziyarət edib

Yanvarın 1-də yeni ilin ilk günü və öz doğum günündə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov Vətən müharibəsində mərdliklə döyüşərək qəhrəmanlıq zirvəsinə yüksələn Masallı şəhidlərinin ailələri ilə görüşmüş, onların qayğıları ilə maraqlanmışdır.
İlk öncə rayon rəhbəri şəhidlərin məzarını ziyarət etmiş, məzarları önünə tər gül dəstələri düzərək ruhlarını ehtiramla yad etmiş, sonra şəhid ailələri ilə evlərində görşmüşdür.
İcra başçısı şəhid ailələrinin problemləri ilə maraqlanıb, onlara bundan sonra da yüksək diqqət və qayğı göstəriləcəyini bildirmişdir.
Şəhid ailələri də öz növbələrində təzə ilin ilk günü və hətta öz doğum günündə şəhid ailələrinin yanında olduğu, onlara diqqət və qayğı göstərdiyi üçün rayon rəhbərinə minnətdarlıqlarını ifadə etmişlər.
Qeyd etmək istərdik ki, Vətən müharibəsi dövründə Masallı rayonunda hər bir şəhid ailəsinə, qazisinə hətta hazırda hərbi xidmətdə olanların ailələrinə belə lazımı yardımlar göstərilib və bu dəstək davam etməkdədir.
 

“Yeni həyat”,      
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад