Главная > Siyasət > Masallıda şəhid ailələrinə diqqət göstərilir

Masallıda şəhid ailələrinə diqqət göstərilir


3-01-2021, 19:00. Разместил: yeni321
Masallıda şəhid ailələrinə diqqət göstərilir 

Masallı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmmədhüseyn Hüseynov şəhid ailələrini ziyarət etmişdir.
Rayon icra hakimiyyətinin başçısı Şahin Məmmədovun şəhid ailələrinə, qazilərə və hazırda hərbi xidmətdə olan könüllülərin ailələrinə xüsusi diqqət və qayğısı bütün masallılar tərəfindən böyük rəğbətlə qarşılanmaqdadır. Artıq rayon icra hakimiyyətində rayon rəhbərinin nümunəvi addımından sonra ənənəyə çevrilmiş aksiya aparatın digər əməkdaşları tərəfindən də həyata keçirilir.
Belə ki, Masallı RİHB-nın birinci müavini Məmmədhüseyn Hüseynov Qarğalıq kəndində şəhid gizir Rafail Hüseynovun və Güllütəpə ərazisinin Yolağac kəndində şəhid gizir Raqif Əzizovun ailəsi ilə görüşmüş, ailələrin problemləri ilə maraqlanmış, onları narahat edən məsələlərlə bağlı söhbət aparmışdır.
Şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbəri, Ali Baş Komandan İlham Əliyevə, rayon rəhbərinə və rayon icra hakimiyyətinin kollektivinə minnətdarlıqlarını ifadə etmişlər.
 
“Yeni həyat”,      
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад