Главная > Siyasət > Masallıda şəhid ailələri və qazilərə qayğı

Masallıda şəhid ailələri və qazilərə qayğı


4-01-2021, 13:09. Разместил: yeni321
Masallıda şəhid ailələri və qazilərə qayğı

Masallı Rayon İcra Hakimiyyətinin əməkdaşlarının şəhid ailələri və qazilərə qayğısı mövcud karantin qaydaları gözlənilməklə hər gün daha da genişlənir.
Masallı RİHB-nın müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aybəniz Qafarova, aparatın əməkdaşları və rayon Mərkəzi Xəstəxanasının həkimi rayonun Viləş kəndində olan qazilər - gizir Abışov İdrak Valeh oğlu, çavuş Ağayev Həsrət Rəcəb oğlu, əsgərlər Abdullayev Zaur Yadulla oğlu və Səfərli Xəyal Mübariz oğluna, o cümlədən Xırmandalı kəndindən olan qazi əsgərlər Həsənov Pərvin Telman oğlu, Qasımov İbrahim Seyran oğlu, Çobanov Emin Elxan oğlu və Qurbanov Nəzər Qüdrət oğluna, həmçinin Həsənli inzibati ərazi dairəsinin Köçəkli kəndindən olan qazilər baş leytenant Qaraşov Taleh Ağamalı oğlu, əsgərlər Əhədli Zaur Əlirza oğlu, Kərimov Araz Nəzər oğlu və Abıyev Ruslan İsa oğluna baş çəkmiş, onların səhhətləri ilə maraqlanmış, onları narahat edən məsələlər barədə söhbət aparmış, həkim tərəfindən müayinələri aparılmışdır.
Eləcə də rayon rəsmiləri Köçəkli kəndindən olan şəhid gizir İntiqam Yavər oğlu Abbasovun evində olmuş, anası ilə görüşmüş, həkim tərəfindən mayinə olunmuş və problemləri ilə maraqlanmışlar.
Şəhid anası, qazilər və valideynləri onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbəri, Ali Baş Komandan İlham Əliyevə, rayon rəhbəri Şahin Məmmədova və rayon icra haikimiyyətinin kollektivinə minnətdarlıqlarını bildirmişlər.
 
“Yeni həyat”,      
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад