Главная > Siyasət > Masallıda şəhid ailəsinə təqaüd kartı təqdim edilib

Masallıda şəhid ailəsinə təqaüd kartı təqdim edilib


4-01-2021, 13:53. Разместил: yeni321

Masallıda şəhid ailəsinə təqaüd kartı və “Şəhid ailəsi üzvü” vəsiqəsi təqdim edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları tarixi Zəfərimizlə başa çatan Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın ailələri ilə görüşləri davam etdirir.
Nazirliyin Dövlət Sosial Müdafiə Fondunun əməkdaşları Masallı rayonunda şəhid Murad Nefesovun ailəsində olublar.
Şəhid ailələrinə Prezidentin aylıq təqaüdü və sosial müavinətlər artıq təyin edilib. Fondun sədr müavini Mətin Əsgərli bu barədə şəhid ailəsinə məlumat verib, təqaüd kartlarını, həmçinin “Şəhid ailəsi üzvü” vəsiqəsini təqdim edib.
Şəhid ailələri üçün nəzərdə tutulan sosial dəstək tədbirləri onların diqqətinə çatdırılıb. İstədikləri halda həmin tədbirlərdən necə faydalanmaları olduqları, ümumilikdə gələcəkdə yaşayışlarının daim diqqətdə saxlanacağı barədə məlumat verilib.
Şəhidlərin ailəsinin sosial vəziyyətləri öyrənilib, onların ailə üzvlərinin məşğulluq və özünüməşğulluq sahəsində gələcəkdə müvafiq dəstək tədbirləri ilə əhatə olunmaları üçün qeydlər aparılıb.

“Yeni həyat”,      
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад