Главная > Siyasət > YAP Masallı RT Qadınlar Şurasının şəhid ailələri və qazilərə diqqəti

YAP Masallı RT Qadınlar Şurasının şəhid ailələri və qazilərə diqqəti


4-01-2021, 18:07. Разместил: yeni321
YAP Masallı RT Qadınlar Şurasının şəhid ailələri və qazilərə diqqəti 

Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı Qadınlar Şurasının üzvləri şəhid ailələri və qazilərə baş çəkmişlər.
YAP rayon təşkilatı Qadınlar Şurasının sədri Gülşən Xəlilovanın rəhbərliyilə Şura üzvləri Vətən Müharibəsi şəhidləri – Viləş kəndində gizir Əsgərli İntiqam Bayram oğlu, əsgər Vəliyev Balaqardaş Fərhad oğlu, Təzə Alvadı kəndindən əsgər Səlimov Sənan Nasif oğlu, Öncəqala kəndində əsgər Məlikov Nurlan Dünyamalı oğlu, Tatyanobada əsgər Lətifov Rəşid Güləhməd oğlu və Masallı şəhərində əsgər Sultanzadə Niyaməddin Hüsaməddin oğlunun ailəsinə baş çəkmiş, ailə üzvlərilə şəhidlərin xatirələrini bölüşmüşlər.
Ziyarətçilər qəhrəman övlad böyüdən şəhid valideynlərinə daim onların yanında olduqlarını bildirmişlər.
Sonra Şura üzvləri Təzə Alvadı kəndində qazi əsgər Səlimov Məhəmməd Fətəli oğlunu ziyarət etmiş, səhhəti ilə maraqlanmış və qəhrəman qazimizə daim dəstək olmağa hazır olduqlarını bildirmişlər.
Şəhid valideynləri və qazi M.Səlimov onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə etmişlər.
 
“Yeni həyat”,      
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад