Главная > Siyasət > YAP Masallı rayon təşkilatınının sədri qazilərlə görüşüb

YAP Masallı rayon təşkilatınının sədri qazilərlə görüşüb


5-01-2021, 18:00. Разместил: yeni321
YAP Masallı rayon təşkilatınının sədri qazilərlə görüşüb 

Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev və rayon Mərkəzi Xəstəxanasının həkimi Məmmədbağır Piriyev Çaxırlı ərazisindən olan Vətən Müharibəsi iştirakçıları olan qazilər – Aslanov Elvin Emin oğlu, Gözəlov Mirəli Cəmil oğlu, Əhədov Əli Güloğlan oğlu və Əsədov İlyas Xosrov oğlunun ailəsinə baş çəkmişlər.
Görüş zamanı yaralı hərbçilərin problemləri ilə maraqlanılmış və onlar həkim tərəfindən müayinə olunmuşlar.
Qazilər və onların ailə üzvləri göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə etmişlər.


 

“Yeni həyat”,      
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад