Главная > Siyasət / İdman > Masallı Gənclər idarəsinin əməkdaşları qazi Nofəl Nuhuzadə ilə görüşüb

Masallı Gənclər idarəsinin əməkdaşları qazi Nofəl Nuhuzadə ilə görüşüb


6-01-2021, 15:13. Разместил: yeni321
Masallı Gənclər idarəsinin əməkdaşları qazi Nofəl Nuhuzadə ilə görüşüb 

Masallı Rayon Gənclər və İdman İdarəsinin kollektivi Vətən müharibəsində qəhrəmancasına döyüşərək yaralanan qazi Nuhuzadə Nofəl Əli oğlunu ziyarət etmişlər.
Yaralı hərbçimiz Vətən müharibəsində böyük döyüş şücaət göstərmiş, Ölkə Prezidentinin müvafiq Sərəncamı ilə Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə “Füzulinin azad olunmasına görə” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
Qeyd edək ki, Nofəl Nuhuzadə Masallı rayon Gənclər və İdman İdarəsinin nəzdində fəaliyyət göstərən Uşaq Gənclər İdman Məktəbinin cüdo bölməsinin yetirməsidir.
 
“Yeni həyat”,      
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад