Главная > Siyasət > YAP Masallı Rayon Təşkilatı Gənclər Birliyi şəhid ailələri və qaziləri ziyarət ediblər

YAP Masallı Rayon Təşkilatı Gənclər Birliyi şəhid ailələri və qaziləri ziyarət ediblər


11-01-2021, 16:00. Разместил: yeni321
YAP Masallı Rayon Təşkilatı Gənclər Birliyi şəhid ailələri və qaziləri ziyarət ediblər 

Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı Gənclər Birliyinin üzvləri şəhid ailələri və qazilərə baş çəkmişlər.
Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı Gənclər Birliyinin sədri Bəxtim Qarayevin rəhbərliyi ilə Vətən Müharibəsi şəhidləri – Qızılağac kəndində Əlisa Əliyev, Cavad Babayev, Hüseynhacılı kəndində Elçin Novruzov, Öncəqala kəndində Nurlan Malikov və Masallı şəhərində Vüsal Hadıyevin ailəsinə baş çəkmiş, ailə üzvləri ilə şəhidlərin xatirələrini bölüşmüşlər.
 YAP rayon təşkilatı Gənclər Birliyinin üzvləri qəhrəman övlad böyüdən şəhid valideynlərinə daim onların yanında olduqlarını bildirmişlər.
Şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə etmişlər.
Sonra Gənclər Birliyinin üzvləri Xırmandalı kəndində qazi əsgər Namiq Yusubov və Masallı şəhərində qazi əsgər Hikmət Mayılovu ziyarət etmiş, səhhətləri ilə maraqlanmış, qazilərimizə daim dəstək olmağa hazır olduqlarını bildirmişlər.
Vətən Müharibəsi qaziləri də öz növbələrində göstərilən diqqət və qayğıya görə dərin minnətdarlığını bildirmişlər.

 
“Yeni həyat”,      
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад