Главная > Siyasət > Masallıda 20 Yanvar şəhidləri anılır

Masallıda 20 Yanvar şəhidləri anılır


20-01-2021, 10:55. Разместил: yeni321
Masallıda 20 Yanvar şəhidləri anılır

Ölkəmizin hər yerində olduğu kimi Masallı rayonunda da 20 Yanvar şəhidlərinin 31-ci ildönümü masallılar tərəfindən böyük ehtiramla yad olunur.
20 Yanvar 2021-ci il tarixdə səhər saatlarından başlayaraq Ümumxalq Hüzn Günü Masallı şəhər Qəhrəmanlar parkında – şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksinin önündə xüsusi karantin rejimi qaydaları gözlənilərək, ara məsafəsi saxlanılmaqla 20 Yanvar şəhidləri anılır.
Ümumrayon anım mərasimində Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov başda olmaqla, icra hakimiyyəti başçısı aparatının məsul işçiləri, YAP rayon təşkilatı idarə heyətinin üzvləri, rayonun hüquq-mühafizə orqanları, idarə-müəssisə və təşkilatların rəhbərləri, ziyalılar, din xadimləri, Qarabağ müharibəsi veteranları, şəhid ailələri, ictimaiyyət nümayəndələri Qəhrəmanlar parkı abidəsi önünə tər qərənfil dəstələri düzərək 20 Yanvar şəhidlərinin xatirəsini ehtiramla yad edir, ruhuna dualar oxuyurlar.

Məlumat üçün bildirək ki, rayonun bütün ərazilərində xüsusi karantin rejimi qaydaları gözlənilməklə şəhidlərin məzarı ziyarət olunur, o cümlədən mədəniyyət və təhsil ocaqlarında faciə ilə bağlı onlayn tədbirlər keçirilir.

“Yeni həyat”,      
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад