Главная > Siyasət / Mədəniyyət / Təhsil > Masallıda onlayn tədbir – ”Tariximizin şanlı səhifəsi”

Masallıda onlayn tədbir – ”Tariximizin şanlı səhifəsi”


20-01-2021, 15:56. Разместил: yeni321
Masallıda onlayn tədbir – ”Tariximizin şanlı səhifəsi”

Masallıda 20 Yanvar  faciəsinin 31-ci ildönümünə həsr edilmiş ”Tariximizin şanlı səhifəsi” mövzusunda onlayn tədbir keçirilib.
R.Tağıyev adına Masallı Rayon Tarix-Diyarşünaslıq Muzeyinin və Masallı şəhər 3 saylı tam orta məktəbinin birgə təşkilatçılığı ilə gerçəkləşən tədbir Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başlanıb.
Sonra şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Onlayn tədbiri giriş sözü ilə açan şəhər 3saylı tam orta məktəbinin təşkilati işlər üzrə direktor müavini Aynur Abbasova bildirib ki, 20 Yanvar faciəsi Qan yaddaşımıza həkk olunmuş, doğma Qarabağımız uzun illər düşmən tapdağında qalmışdı. Nəhayət, Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı, Möhtərəm Prezidentimiz İlham Əliyevin qətiyyəti sayəsində Şanlı Ordumuz 44 günlük Vətən müharibəsi ilə Qarabağımızı işğaldan azad etdi.  Bu gün tarix boyunca xalqımızın başına gələn faciələrlə yanaşı qürurverici Böyük Qələbə hissini də yaşayırıq. Bunun üçün Müzəffər Ali Baş Komandana və qəhrəman Azərbaycan Ordusuna minnətdarıq.
Virtual tədbirdə Masallı RTŞ-nin məsləhətçisi Hörmət Balakişiyev, şəhər 3 saylı tam orta məktəbin direktor müavini Nailə Əsədullayeva, tarix muəllimi Sevil Nemətova, Öncəqala kənd tam orta məktəbinin direktor muavini Dilşad Zeynalova və başqaları Qanlı Yanvar faciəsi və xalqımızın azadlıq mübarizəsindən söhbət açıblar.
Muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Əntiqə Tağıyeva şagirdləri  muzeydə hazırlanmış sərgi ilə tanış edib.
Şagirdlər 20 Yanvar faciəsinə həsr olunmuş təqdimatlarla çıxış edib, şeirlər səsləndiriblər.
Tədbirdə yuxarıda adı çəkilən məktəblərlə yanaşı "Dəfinə" məktəb-liseyinin və şəhər 6 saylı tam orta məktəbinin muəllim və şagird kollektivi də iştirak edib.
 
Akif AĞAYEV,
“Yeni həyat”,      
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад