Главная > Siyasət > Masallıda gənclərin iştirakı ilə onlayn tədbir keçirilib

Masallıda gənclərin iştirakı ilə onlayn tədbir keçirilib


27-01-2021, 14:59. Разместил: yeni321
"Müasir iş axtarışı bacarıqları" 

Masallıda gənclərin iştirakı ilə onlayn tədbir keçirilib

 
"Masallı Gənclər Evi" sosial xidmət müəssisəsinin təşkilatçılığı ilə "Müasir iş axtarışı bacarıqları" mövzusunda gənclərin iştirakı ilə onlayn tədbir keçirilmişdir.
Masallı Gənclər Evi sosial xidmət müəssisəsinin metodisti Tural Sadıqov tədbirin məqsədinin gənclərin işəgötürənlərlə ilkin əlaqələrinin və gələcək karyeralarının qurulmasına, eləcə də işəgötürənlərin gələcəkdə ixtisaslı kadr seçimini aparmalarına dəstək məqsədi daşıdığını qeyd etmişdir.
Təlimçi İslam Ərzulladə çıxışında gənclərin malik olduqları bilik və bacarıqların işəgötürənə təqdim edilməsi, işə qəbul üçün müsahibəyə hazırlaşmaq, işəgötürən tərəfindən verilə biləcək sualların cavablandırılması ilə bağlı müasir iş axtarışı metodologiyasından irəli gələn, təcrübədə özünü doğrultmuş üsullar haqqında məlumat vermişdir.
Sonda gənclər mövzu ətrafında fikirlərini bildirmişlər.
 
“Yeni həyat”,      
www.yeniheyet.az
 
 
 
 шаблоны для dle 11.2
Вернуться назад