Главная > Siyasət > YAP Masallı rayon təşkilatının sədri şəhid ailələrini ziyarət edib

YAP Masallı rayon təşkilatının sədri şəhid ailələrini ziyarət edib


28-01-2021, 16:42. Разместил: yeni321

YAP Masallı rayon təşkilatının sədri şəhid ailələrini ziyarət edib

 
Masallı rayonunda şəhid ailələrinə və qazilərə daim diqqət və qayğı göstərilir. Belə ki, YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev və partiya təşkilatının əməkdaşı Cəlal Əliyev şəhid ailələrini ziyarət ediblər.
Ziyarətçilər rayonun Ərəb kəndində şəhid Qasımov Cəbrayıl Baloğlan oğlu, İmanlı kəndində şəhid Vəliyev Məhəmməd Nail oğlu, Masallı şəhərində şəhid Nefesov Murad Ocaqdurdu oğlu və Kəlbəhüseynli kəndində şəhid Gözəlov Ziya Zahid oğlunun ailəsi ilə görüşüb, onların problemləri ilə maraqlanıblar.
 Şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.

 

“Yeni həyat”,      
www.yeniheyet.az
 
 
 
 
 


 
 
 
 
  шаблоны для dle 11.2
Вернуться назад