Главная > Siyasət > Masallıda “Qəhrəmanlarımızı tanıdaq” onlayn layihəsinə start verilib

Masallıda “Qəhrəmanlarımızı tanıdaq” onlayn layihəsinə start verilib


28-01-2021, 17:51. Разместил: yeni321
Masallıda “Qəhrəmanlarımızı tanıdaq” onlayn layihəsinə start verilib 

Masallıda "Qəhrəmanlarımızı tanıdaq" layihəsinə start verilib.
"Masallı Gənclər Evi" sosial xidmət müəssisəsinin təşkilatçılığı ilə gerçəkləşn layihənin ilk qonağı I və II Qarabağ müharibəsinin iştirakçısı, ehtiyatda olan kapitan Camaləddin Məmmədovla gənclərin onlayn görüşü keçirilib.
Videogörüşdə “Gənclər Evi"nin dərnək rəhbəri Qumral Rzalı əsgərlərimizin şücaətindən və dövlətimizin onlara xüsusi qayğısından bəhs edib.
"Masallı Gənclər Evi" sosial xidmət müəssisəsinin direktoru Fuad Mənsimov çıxışında vurğulayıb ki, gənclərimizə örnək olaraq Vətən müharibəsi qəhrəmanlarının həyatı, döyüş yolu öyrənilməli, təbliğ edilməlidir.
I və II Qarabağ müharibəsi iştirakçısı, ehtiyyatda olan zabit Camaləddin Məmmədov çıxış edərək 44 günlük Vətən müharibəsində keçdiyi döyüş yolu haqqında məlumat verib, əsgərlərimizin fədakarlığından söz salıb.
Vətən müharibəsi iştirakçısı Camaləddin Məmmədov bu cür tədbirlərin qəhrəmanlarımızın tanıdılmasında, gənclərin milli-vətənpərvərlik ruhunda tərbiyə olunmasında əhəmiyyətindən danışıb.
 
“Yeni həyat”,      
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад