Главная > Siyasət > YAP Masallı rayon təşkilatında gənclərlə onlayn görüş keçirilib

YAP Masallı rayon təşkilatında gənclərlə onlayn görüş keçirilib


30-01-2021, 18:18. Разместил: yeni321
YAP Masallı rayon təşkilatında gənclərlə onlayn görüş keçirilib 

Yeni Azərbaycan Partiyası (YAP) Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev 2 fevral Azərbaycan Gəncləri Günü münasibətilə rayon gəncləri ilə onlayn görüş keçirib.
"Vətənimizin gələcəyi olan gənclər" mövzusunda vidogörüş öncəsi Vətən Müharibəsində şəhid olmuş cəsur igidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
YAP rayon təşkilatının sədri Seyfəddin Əliyev onlayn görüşdə iştirak edən gənclərin timsalında bütün gəncləri əlamətdar gün münasibətilə təbrik edərək onlara gün-gündən daha da inkişaf edən ölkəmizdə xoşbəxt və firavan gənclik, sağlam və uğurlu gələcək arzulayıb.
YAP Masallı rayon təşkilatı Gənclər Birliyinin sədri Bəxtim Qarayev, sədr müavini Dilbər İbayeva, Vətən Müharibəsi iştirakçısı, qazi müəllim Ceyhun Qurbanov və başqaları çıxış edərək gənclər siyasətinin ölkənin prioritet istiqamətlərindən olduğunu bildirərək gənclərin müxtəlif sahələrdə əldə etdikləri uğurlardan söz açıblar.
Rayonun bir qrup fəal gənci YAP Masallı rayon təşkilatının fəxri fərman və qiymətli hədiyyələrilə mükafatlandırılıb.

 
“Yeni həyat”,      
www.yeniheyet.az
 шаблоны для dle 11.2
Вернуться назад