Главная > Siyasət > Masallıda 2 fevral - Azərbaycan Gəncləri Günü

Masallıda 2 fevral - Azərbaycan Gəncləri Günü


1-02-2021, 17:13. Разместил: yeni321
Masallıda 2 fevral - Azərbaycan Gəncləri Günü   

Masallı Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “Gənclər evi” sosial xidmət müəssisəsində 2 fevral - Azərbaycan Gəncləri Günü münasibətilə gənclərlə görüş keçirilib.
Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Rayon gənclər və idman idarəsinin rəisi Camal Manafov əlamətdar gün münasibətilə gəncləri təbrik edib, onlara Azərbaycanın çiçəklənməsi naminə uğurlar arzulayıb. O, qeyd edib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri bütün sahələrdə özlərini doğruldurlar. 30 ilə yaxındır düşmən tapdağında olan torpaqları azad etmək hər bir azərbaycanlının ən vacib arzusu və diləyi olduğunu vurğuluyan C.Manafov bildirib ki, II Qarabağ müharibəsini qələbə ilə başa vuran Azərbaycan dövləti ərazi bütövlüyünü bərpa etdi. Bu zəfər xalqımızın şərəf və qəhrəmanlıq salnaməsi oldu? tarixə milli qürurumuzun təntənəsi kimi həkk oldu. 44 gün davam edən döyüşlər və qazanılan qələbə Prezident cənab İlham Əliyevin yenilməz qətiyyəti, Ali Baş Komandanı olduğu ordumuzun qüdrətini və xalqımızın milli birliyini bütün dünyaya nümayiş etdirdi. Vətən müharibəsində Masallı rayonunun gəncləri də öz vətənpərvərlikləri ilə seçildi, könüllü olaraq döyüşlərdə iştrak etdilər. Bəli, şəhidlərimiz, yaralılarımız, itkin düşənlərimiz oldu. Lakin Azərbaycan xalqı torpaqlarımızın azadlığı uğrunda canını qurban vermiş şəhidlərimizin xatirəsini necə uca tutduğunu, onlarla fəxr etdiyini nümayiş etdirdi. Heç şübhəsiz, aylar, illər ötəcək, bu müharibə heç kəsin dilindən düşməyəcək. Kitablar, dərsliklər yazılacaq, bu müharibədə iştirak etmiş hər bir azərbaycanlı isə qəhrəman olaraq anılacaq.
Tədbirdə I və II Qarabağ müharibəsinin iştrakçısı, Ehtiyyatda olan Zabitlər Konfederasiyasının Masallı rayonu üzrə sədr müavini, ehtiyyatda olan zabit Camaləddin Məmmədov və II Qarabağ müharibəsinin iştrakçısı Fərahim Ağayev çıxış edərək Azərbaycan ordusunun qazandığı uğurlardan və keçdikləri şərəfli döyüş yolundan danışaraq gəncləri 2 fevral Azərbaycan Gəncləri Günü münasibəti ilə təbrik ediblər.
Masallı Rayon Gənclər və İdman İdarəsi tərəfindən bir qrup gəncə fəxri fərmanlar, qiymətli hədiyyələr təqdim edilib.
 
“Yeni həyat”,      
www.yeniheyet.az
 
 шаблоны для dle 11.2
Вернуться назад