Главная > Siyasət > Masallıda "Qəhrəmanlarımızı tanıdaq" layihəsi davam edir

Masallıda "Qəhrəmanlarımızı tanıdaq" layihəsi davam edir


4-02-2021, 21:52. Разместил: yeni321
Masallıda "Qəhrəmanlarımızı tanıdaq" layihəsi davam edir 

“Masallı Gənclər Evi” sosial xidmət müəssisəsinin təşkilatçılığı ilə "Qəhrəmanlarımızı tanıdaq" layihəsi çərçivəsində Vətən müharibəsinin qazisi Cavid Nurinin gənclərlə onlayn görüşü keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan "Masallı Gənclər Evi" sosial xidmət müəssisəsinin metodisti Tural Sadıqov əsgərlərimizin şücaətindən və dövlətimizin onlara xüsusi qayğısından söhbət açmışdır.
İkinci Qarabağ müharibəsinin qazisi Cavid Nuri 44 günlük Vətən müharibəsində keçdiyi döyüş yolu haqqında məlumat vermiş, əsgərlərimizin fədakarlıqları ilə Vətən torpağını, xalqını müqəddəs tutmalarından danışmışdır.
Vətən müharibəsi iştirakçısı Cavid Nuri Vətən müharibəsi qəhrəmanlarının gənclər arasında təbliği, onların milli ruhda əsl vətənpərvər kimi tərbiyə olunmasında böyük əhəmiyyətə malik olduğunu qeyd etmişdir: “Şəhidlər vətənimiz üçün, bizim üçün canlarından keçdilər, biz bütün ömrü boyu şəhidlərimizə və qazilərimizə borcluyuq. Biz daim onlarla fəxr edəcəyik!”

“Yeni həyat”,      
www.yeniheyet.az

 

шаблоны для dle 11.2
Вернуться назад