Главная > Siyasət > YAP Masallı Rayon Təşkilatının onlayn hesabat yığıncağı keçirilib

YAP Masallı Rayon Təşkilatının onlayn hesabat yığıncağı keçirilib


11-02-2021, 17:02. Разместил: yeni321
YAP Masallı Rayon Təşkilatının onlayn hesabat yığıncağı keçirilib 

2020-ci ilin yekunu və 2021-ci ildə qarşıda duran məsələlər ilə əlaqədar Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının Şura üzvləri, ərazi ilk partiya təşkilat sədrləri, Gənclər Birliyi və Qadınlar Şurasının birgə iştirakı ilə videoformatda hesabat yığıncağı keçirilib.
Onlayn tədbiri giriş sözü ilə YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev açıb, Vətən müharibəsində şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilibr.
Seyfəddin Əliyev hesabat məruzəsində qeyd edib ki, Müstəqil Azərbaycan Respublikasının banisi, Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən siyasi kursun ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən qətiyyət və sədaqətlə davam etdirilməsi nəticəsində ölkəmiz ildən-ilə qüdrətlənir və inkişaf edir. Bu tərəqqini hər bir Azərbaycan vətəndaşı rifah halının yüksəlməsi, özünün sosial vəziyyətinin yaxşılaşması şəklində görür, yaşayır və hiss edir. Eyni zamanda bütün regionlarımızda geniş miqyaslı abadlıq və quruculuq işlərinin aparılması, kəndlərimizin, şəhərlərimizin yenidən qurulması ölkəmizin sürətli inkişafına əyani sübutdur.
2020-ci il Möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz üçün çox əhəmiyyətli və xoş hadisələrlə yadda qalan il oldu. Ölkəmizin bütün sahələrdə inkişafı və dünya dövlətləri arasında mühüm yer tutması istiqamətində bir çox yeniliklərə imza atıldığını qeyd etən təşkilat sədri 2020-ci il sentyabrın 27-də Ermənistanın Azərbaycana qarşı hərbi təxribatı nəticəsində başlayan müharibədə xalqımız Prezident İlham Əliyevin Müzəffər Ali Baş Komandan kimi hərbi sərkərdəlik keyfiyyətlərinin, prinsipial və qətiyyətli mövqeyinin, ən ekstremal şəraitdə belə uğurlu diplomatiya yürütdüyünün bir daha şahidi olunduğunu diqqətə çatdırıb: “44 gün davam edən Vətən müharibəsində Azərbaycanın işğal olunmuş əraziləri cənab İlham Əliyevin Ali Baş Komandanlığı ilə erməni qəsbkarlarından azad edildi. Xalqımızın tarixinin parlaq və unudulmaz səhifələrindən birini təşkil edən bu şanlı qələbənin əsasında həm Prezidentimizin liderlik keyfiyyətləri, həm də ondan irəli gələrək Azərbaycanın sosial-iqtisadi, siyasi, mədəni, hərbi sahələrdə uğurları, xarici siyasətdə nailiyyətləri dayanır”.
Seyfəddin Əliyev Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının əvvəlki illərdə olduğu kimi 2020-ci il ərzində də işini Azərbaycan Respublikasının qanunvericiliyinin, partiyanın Nizamnaməsi və Proqram müddəalarının, Yeni Azərbaycan Partiyasının Qurultaylarının qərarlarının, İcra Katibliyinin tapşırıq və tövsiyyələrinin rəhbər tutulması əsasında həyata keçirildiyini bildirib. Qeyd olunub ki, rayon təşkilatının 2020-ci ildəki fəaliyyətinin əsas istiqamətlərindən biri də Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin gördüyü işlərin təbliğindən və cəmiyyətə çatdırılmasından ibarət olub.
Qeyd edilib ki, dünyanı cənginə alan yeni növ koronavirus (COVID-19) infeksiyası ilə əlaqədar olaraq rayon təşkilatı bir sıra tədbirlər həyata keçirib: “Belə ki, YAP İcra Katibliyinin tapşırığına əsasən, “Sağlamlığımız milli həmrəyliyimizdir” aksiyası çərçivəsində rayon təşkilatı tərəfindən tənha, köməyə ehtiyacı olan yaşlı, ahıl insanların evlərinə baş çəkilib, onlara koronavirusdan qorunmaq, sağlamlıqlarını müdafiə etmək məqsədilə gigiyenik vasitələr çatdırılıb, xəstəlikdən qorunma üsulları izah edilib. Hazırda koronavirusa qarşı mübarizə tədbirləri davam etdirilir”.
Hesabat dövründə rayon təşkilatı mükəmməl şəkildə təşkilatlanmış, partiya üzvlərinin fəal iştirakı təmin edilərək tədbirlər, layihələr həyata keçirildiyini vurğulayan Seyfəddin Əliyev deyib: “Hesabat dövründə partiya sıralarına üzv olmaq üçün müraciət edən insanların sayı 217 nəfər olmuşdur ki, bu da üzvlərin sayının 11194 nəfərə çatması deməkdir. Rayon təşkilatının qeydiyyatında olan 11194 nəfər partiya üzvündən 31,02 %-ni yəni 3472 nəfərini qadınlar, 30%-ni yəni 3353 nəfərini gənclər təşkil edir. Üzvlərin 30,6 %-i yəni 3425 nəfəri ali təhsilli, 19,02 %-ni yəni 2129 nəfəri orta ixtisas təhsillidir. Fəaliyyət sahələrinə görə elm, mədəniyyət və incəsənətdə 313 nəfər, idarəetmə orqanlarında 149 nəfər, səhiyyədə 592 nəfər, təhsildə 2116 nəfər partiya üzvləri çalışır. Eləcədə üzvlərin 763 nəfəri təqaüdçü, 229 nəfəri isə tələbədir. 2020-ci il ərzində partiya sıralarına 217 nəfər daxil olmuş və onlardan 90 nəfərini qadınlar, 158 nəfərini gənclər təşkil etmişdir”.
Tədbirdə Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının Qadınlar Şurasının 2020-ci ildə gördüyü işlər də dinlənilib.
Konfransda çıxış edən Milli Məclisin deputatı Anar İsgəndərov qeyd edib ki, ötən il ölkəmiz və xalqımız üçün olduqca yaddaqalan bir il olub: “İstər koronavirus pandemiyası ilə mübarizədə, istərsə də Vətən müharibəsində böyük uğurlara imza atmışıq. Prezident İlham Əliyevin rəhbərliyi ilə məqsədyönlü islahatlar həyata keçirilib”.
Sonra Milli Məclisin deputatı Məşhur Məmmədov çıxış edib. 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm qələbəyə toxunan deputat qeyd edib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun qazandığı qalibiyyət xalqımıza sonsuz qürur hissi bəxş edib.
Konfransda Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, Masallı rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov çıxış edərək bildirib: “Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yaranmışdır. Azərbaycanın ən yeni tarixinə “91-lər”in müraciəti kimi daxil olmüş həmin sənəd əslində, bütün xalqın arzu və istəklərinin ifadəsi idi. Azərbaycanın görkəmli ziyalıları, tanınmış insanları və nüfuzlu şəxsiyyətlərinin imzaladıqları bu müraciətdə Heydər Əliyevdən yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etmək xahiş olunurdu. Ulu Öndər ziyalıların müraciətini qəbul etsə də, Onun Bakıya gəlməsinə o zamankı səriştəsiz şəxslərin rəhbərlik etdiyi hakimiyyətin maneələr yaratması ucbatından, partiyanın yaradılmasını istəyən insanların bir hissəsi Naxçıvana gedərək, partiyanın təsis konfransını orada keçirməyə nail oldular. Yenə də xalqın Heydər Əliyevə olan inanmını bəzi qüvvələr sarsıda bilmədi. Naxçıvanda yaradılan YAP-ın təsis konfransında Ümummilli Lider Heydər Əliyev yekdilliklə yeni yaradılan partiyanın Sədri seçildi. Qısa zaman kəsiyində YAP siyasi hakimiyyətə gəldi. Bunun əsas qayəsi inam və etibar idi. YAP öz yaranışı ilə Azərbaycanın ictimai-siyasi fikir, siyasi fəaliyyət və mübarizələr tarixinə yeni bir keyfiyyət halı gətirdi”.
Şahin Məmmədov Masallı rayonunda aparılan abadlıq-quruculuq işlərindən, siyasi həmfikirlərinin rayonun inkişafındakı rolundan bəhs etmiş və öz tövsiyyələrini vermişdir.
Çıxışlardan sonra YAP Masallı rayon təşkilatının 2020-ci ildəki fəaliyyəti qənaətbəxş hesab olunub və partiya həyatında fəal iştirakına görə bir qrup YAP üzvü rayon təşkilatının Fəxri fərmanı və qiymətli hədiyyələri ilə təltif edilib.



 
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад