Главная > Siyasət > QƏLƏBƏNİN 100-Cİ GÜNÜ

QƏLƏBƏNİN 100-Cİ GÜNÜ


13-02-2021, 19:25. Разместил: yeni321
Masallıda "Qələbənin 100-cü günü" mövzusunda gənclərlə onlayn görüş keçirilib

"Masallı Gənclər Evi" sosial xidmət müəssisəsinin təşkilatçılığı ilə Vətən Müharibəsinə həsr olunmuş "Qələbənin 100-cü günü" mövzusunda gənclərin iştirakı ilə onlayn görüş keçirilib.
Videogörüş öncəsi Vətənin azadlığı yolunda canından keçmiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Virtual tədbiri giriş sözü ilə açan "Masallı Gənclər Evi" sosial xidmət müəssisəsinin dərnək rəhbəri Qumral Rzalı əsgərlərimizin şücaətindən, dövlətimizin onlara qayğısından söhbət açıb.
II Qarabağ müharibəsinin iştirakçısı, ehtiyatda olan kəşfiyyatçı baş leytenant, Tarix müəllimi Ceyhun Qurbanov çıxışında bildirib ki, Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusilə Şuşanın düşmən əsarətindən qurtarılması müharibənin taleyində həlledici rol oynadı, Ermənistanın öz məğlubiyyətini etiraf etməsi və kapitulyasiyası ilə nəticələndi, düşməni Kəlbəcər, Ağdam və Laçın rayonlarını Azərbaycana qaytarmağa məcbur etdi. Xalqımızın əzm və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin qələbəsini təmin edən mühüm amillərdən oldu. Ulu əcdadlarımızın zəngin dövlətçilik və hərb tarixindən ilhamlanan Azərbaycan xalqı daha bir şanlı qəhrəmanlıq salnaməsi yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdi və düşmən üzərində tarixi zəfər qazandı.

www.yeniheyet.az

 

шаблоны для dle 11.2
Вернуться назад