Главная > Siyasət > YAP Masallı Rayon Təşkilatı şəhid ailələrini ziyarəti davam etdirir

YAP Masallı Rayon Təşkilatı şəhid ailələrini ziyarəti davam etdirir


15-02-2021, 22:58. Разместил: yeni321
YAP Masallı Rayon Təşkilatı şəhid ailələrini ziyarəti davam etdirir 

Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev, Qadınlar Şurasının sədri Gülşən Xəlilova, Gənclər Birliyinin sədri Bəxtim Qarayev, Qadınlar Şurasının üzvləri Əntiqə Tağıyeva, Sevil Ağammədova, Güllütəpə ərazi ilk partiya təşkilatının sədri Əlövsət Muradov, Banbaşı ərazi ilk partiya təşkilatının sədri Elsevər Məcidov, Yeddioymaq ərazi ilk partiya təşkilatının sədri İlqar Qafarov, YAP fəalları Mehriban Əzizova, Azadəli Vəliyev və Vüqar Şükürov şəhid Nüsrətbəyli Ülvi Arif oğlunun, şəhid Akifzadə Elmir Gündüz oğlunun, şəhid Sultanzadə Niyaməddin Hüsaməddin oğlunun və şəhid Quluzadə Əlimərdan Fəttah oğlunun ailələrinə baş çəkmişlər.
Şəhidlərin valideynləri göstərilən diqqət və qayğıya görə öz minnətdarlıqlarını ifadə etmişlər.


 
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад