Главная > Siyasət > Masallıda müharibə veteranı şöbə müdiri təyin edilib

Masallıda müharibə veteranı şöbə müdiri təyin edilib


17-02-2021, 11:30. Разместил: yeni321
Masallıda müharibə veteranı şöbə müdiri təyin edilib 

Qəşəm Hamil oğlu Hadıyev Masallı Rayon İcra Hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri vəzifəsinə təyin olunub.
Məlumat üçün bildirək ki, Qəşəm Hadıyev 1979-cu ildə Masallı rayonunun Şərəfə kəndində anadan olub. 1985-1996-cı illərdə Şərəfə kənd tam orta məktəbində təhsil alıb, 2001-ci ildə Azərbaycan Texniki Universitetinin Yerüstü nəqliyyat vasitələri və nəqliyyatın istismarı fakültəsini bakalavr dərəcəsi üzrə bitirib. 2001-2003-cü illərdə leytenant kimi Azərbaycan Respublikası Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində həqiqi hərbi xidmətdə olub.
Əmək fəaliyyətinə 2007-ci ildə Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatında təlimatçı kimi başlayıb. Sonra qısa müddətə Masallı Telekommunikasiya Qovşağında Texniki şöbəsinin rəisi kimi işləyib və yenidən 2014-cü ilədək YAP Masallı rayon təşkilatında Aparat rəhbəri vəzifəsində çalışıb. 2014-cü ildən Masallı Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi vəzifəsində işləyib.
27 sentyabr 2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunması uğrunda başlanan Vətən müharibəsi zamanı cəbhənin Ağdərə-Suqovuşan istiqamətlərtində gedən döyüşlərdə sücaətlə iştirak edib. Azərbaycan Respublikası Prezidentinin 29.12.2020-ci il tarixli Sərəncamı ilə leytenant Qəşəm Hamil oğlu Hadıyev “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif olunub, ona baş leytenatn hərbi rütbəsi verilib.
Qəşəm Hamil oğlu Hadıyev Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədovun 15.02.2021-ci il tarixli Əmri ilə Masallı RİHB aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri vəzifəsinə təyin olunub.
Ailəlidir. 3 övladı var.
 
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад