Главная > Siyasət > Masallıda "Xocalı soyqırımı tariximizin qan yaddaşı" mövzusunda gənclərlə onlayn görüş keçirilib

Masallıda "Xocalı soyqırımı tariximizin qan yaddaşı" mövzusunda gənclərlə onlayn görüş keçirilib


18-02-2021, 16:26. Разместил: yeni321
Masallıda "Xocalı soyqırımı  - tariximizin qan yaddaşı" mövzusunda gənclərlə onlayn görüş keçirilib 

Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı tərəfindən Xocalı soyqırımının 29 illiyi ilə əlaqədar "Xocalı soyqırımı tariximizin qan yaddaşı" mövzusunda gənclərlə onlayn görüş keçirilib.
İlk öncə tədbir iştirakçıları şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı Gənclər Birliyinin sədri Bəxtim Qarayev "Xocalı soyqırımı - tariximizin qan yaddaşı" mövzusunda məruzə ilə çıxış edib.
Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev bildirib ki, xalqımız qan yaddaşına yazılmış acı günləri heç bir zaman unutmayacaq və gənclərimiz tarix boyu xalqımıza qarşı törədilmiş vəhişilikləri sonrakı nəsillərə danışacaqdır.
Qarğalıq kənd orta məktəbinin tarix müəllimi, Vətən müharibəsi veteranı Ceyhun Qurbanov, gəal gənc Könül Qənbərova və başqaları mövzu ətrafında çıxış ediblər.



 
 
www.yeniheyet.az
 
 
 шаблоны для dle 11.2
Вернуться назад