Главная > Siyasət > Şəhid Masim Qurbanovun 40 mərasimi

Şəhid Masim Qurbanovun 40 mərasimi


18-02-2021, 16:56. Разместил: yeni321
Şəhid Masim Qurbanovun 40 mərasimi 

Fevralın 18-də Ərəb kəndində şəhid Masim Hafis oğlu Qurbanovun 40 mərasimi keçirilmişdir.
Mərasimdə Masallı Rayon İcra Hakimiyyəti başçısının müavinləri, YAP rayon təşkilatının Şura üzvləri Məmmədhüseyn Hüseynov, Adəm Məhərrəmov, RİHB aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Qəşəm Hadıyev, Qafqaz Müsəlmanları İdarəsinin bölgə qazısı Rəşid Talıbov, RİHB-nın Xırmandalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Məhəmməd Yusifov, ağsaqal və ziyalılar iştirak etmişlər.
Mərasim iştirakçıları şəhidin məzarını ziyarət etmiş, tər gül dəstələri düzərək xatirəsini ehtiramla yad etmişlər.
Şəhidin atası Hafiz Qurbanov göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və rayon rəhbərliyinə minnətdarlığını ifadə etmişdir.
Məlumat üçün bildirək ki, Masim Hafiz oğlu Qurbanov 7 yanvar 2001-ci ildə Masallı rayonunun Ərəb kəndində anadan olmuşdur. 2008-2017-ci illərdə Ərəb kənd ümumi orta məktəbində təhsil alıb. 2019-cu ilin yanvar ayında Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. 2020-ci ilin iyul ayında həqiqi hərbi xidmətdən qayıtdıqdan sonra könüllü olaraq Vətən müharibəsinə yollanıb.
Azərbaycan Ordusunun əsgəri Masim Hafiz oğlu Qurbanov 27 sentyabr 2020-ci il tarixdə Azərbaycan Silahlı Qüvvələri tərəfindən erməni işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı istiqamətində gedən döyüşlərdə iştirak edib. İgid döyüşçü Qubadlı istiqamətində gedən döyüşlərdə düşmən gülləsinə tuş gəlib, şəhidlik zirvəsinə ucalıb.
Şəhidin nəşi 10 yanvar 2021-ci il tarixdə doğulduğu Ərəb kənd qəbiristanlığında torpağa tapşırılıb. Subay idi.
Şəhid Masimin atası Hafiz Qurbanov Birinci Qarabağ müharibəsi döyüşlərinin iştirakçısı olmuş, II qrup Qarabağ müharibəsi əlilidir.
 
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад