Главная > Siyasət > Masallı gəncləri qazini evində ziyarət ediblər

Masallı gəncləri qazini evində ziyarət ediblər


19-02-2021, 17:32. Разместил: yeni321
Masallı gəncləri qazini evində ziyarət ediblər 

Masallı Gənclər Evi sosial xidmət müəssisəsinin kollektivi Vətən müharibəsi iştirakçısı Rzalı Xəqanı evində ziyarət edib.
 Ziyarət zamanı qazinin keçdiyi şərəfli döyüş yoldan söhbət açılıb, qayğıları dinlənilib. R.Xəqan 44 günlük müharibədə qazanılan qələbə sevincini, döyüş xatirələrini bölüşüb. Qəhrəmanımız İkinci Qarabağ müharibəsi başladığı gündən etibarən şəxsi heyət arasında qələbəyə inamın yüksək olduğunu bildirib.
Rzalı Xəqan Şahin oğlu 6 iyul 1997-ci ildə Masallı şəhərində anadan olub. 2014- cü ildə Masallı şəhər N.Nərimanov adına 2 saylı tam orta məktəbini bitirib. Həmin ildə Azərbaycan Dövlət Aqrar Universitetinin Torpaqşünaslıq və aqrokimya ixtisasına daxil olmuş, 2018 ci ildə ali təhsilini başa vurub. 2018- 2020-ci illərdə Bakı Dövlət universitetində Aqrokimya ixtisası üzrə magistr təhsili alıb.
2020-ci ilin iyul ayında həqiqi hərbi xidmətə çağrılıb. 27 sentyabr 2020-ci il tarixdə Azərbaycan Silahlı Qüvvələri tərəfindən Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl, Xocavənd, Şuşa şəhərlərinin azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Oktyabrın 3-də Füzuli şəhəri uğrunda gedən döyüşlərdə yaralanmasına baxmayaraq oktyabrın 10-da yenidən cəbhəyə qayıdıb. Xəqan Rzalı Şuşa şəhəri uğrunda gedən döyüşlərdə ikinci dəfə yaralanıb.
 Hazırda müalicəsi davam etdirilir.

 
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад