Главная > Siyasət > Masallıda "Xocalı soyqırımı XX əsrin faciəsidir" mövzusunda onlayn tədbir keçirilib

Masallıda "Xocalı soyqırımı XX əsrin faciəsidir" mövzusunda onlayn tədbir keçirilib


20-02-2021, 20:05. Разместил: yeni321
Masallıda "Xocalı soyqırımı XX əsrin faciəsidir" mövzusunda qadınlarla onlayn görüş keçirilib 

Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı Qadınlar şurası tərəfindən Xocalı soyqırımının 29 illiyi ilə əlaqədar "Xocalı soyqırımı XX əsrin faciəsidir" mövzusunda qadınlarla onlayn görüş keçirilib.
İlk öncə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı Qadınlar şurasının sədri Gülşən Xəlilova bildirib ki, bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır və bu soyqırım, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir.
Onlayn görüşdə şura üzvlərindən Nailə Əsədullayeva, Sevil Əsgərova, Sevil Ağammədova, Əntiqə Tağıyeva və YAP-ın fəal qadınlarından Mehriban Əzizova, Məhbubə Şahbazova çıxış ediblər.
 
www.yeniheyet.az
 
 
 
 
 
 
 
 шаблоны для dle 11.2
Вернуться назад