Главная > Siyasət > Prezidentin işğaldan azad edilən rayonlara səfəri hər birimizdə qürur və nikbinlik doğurur
Prezidentin işğaldan azad edilən rayonlara səfəri hər birimizdə qürur və nikbinlik doğurur18-02-2021, 18:07. Разместил: yeni321 |
Prezidentin işğaldan azad edilən rayonlara səfəri hər birimizdə qürur və nikbinlik doğurur Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarına səfərləri hər bir Azərbaycan vətəndaşında olduğu kimi, məndə də dərin təəssüratlar yaratmışdır. Prezidentin ailə üzvləri ilə birlikdə böyük cəsarət göstərərək işğaldan azad edilmiş bu bölgələrə səfərləri, işğaldan azad olunan rayonlarımız, şəhərlərimiz və yaşayış məntəqələrimizin müasir standartlar səviyyəsində bərpası ilə bağlı qiymətli fikirləri, nəinki ölkəmizin, bütövlükdə Cənubi Qafqazın dirçəlişinə xidmət edəcək layihələrin həyata keçirilməsi üçün irəli sürdüyü müddəalar bir daha Möhtərəm Prezidentimizin müdrikliyindən və dərin zəka sahibi olduğundan xəbər verir. Bərpa olunacaq şəhər və kəndlərimizin hər cür infrastruktura malik müasir, “ağıllı” yaşayış kompleksləri kimi, əhalinin rahatlığını, etibarlı və düşünülmüş iş şəraitini təmin edəcək, təhlükəsizliyin tam təminatı ilə seçilən obyektlər kimi qurulması qarşıya qoyulan ən əsas məqsəd kimi səciyyələndirilir. Bu şəhərlər və yaşayış məntəqələri elə qurulacaqdır ki, orada yaşayan əhali özünü rahat və xoşbəxt hiss etməklə yanaşı, hər addımda qüdrətli, bütün dünyada iqtisadi gücü ilə seçilən bir ölkənin vətəndaşları olduğunu hiss etsinlər. Prezident dönə-dönə vurğulayır ki, infrastruktur elə qurulmalıdır ki, daha etibarlı, daha mükəmməl, insanların bilavasitə ehtiyac və qayğılarının həllinə yönəlmiş ideyalara xidmət etsin. “Ağıllı kənd” layihələrinin icrası zamanı ona diqqət yetirilməlidir ki, hətta gələcəkdə də qarşıya çıxa biləcək bir sıra nəhəng infrastruktur layihələrin həlli də mümkün olsun. Prezident İlham Əliyevin siyasi uzaqgörənliyinin, dərin iqtisadi baxışlarının təcəssümü olaraq alternativ enerji mənbələrinin yatradılması barədə fikirləri də bizi çox sevindirir və enerji təhlükəsizliyimizin və bunun müqabilində heç bir region dövlətindən qeyri- asılılığımızın təməlinin möhkəm olduğundan xəbər verir. Bərəkətli Qarabağ torpaqlarının kənd təsərrüfatı infrastrukturunun elmi əsaslar üzərində qurulması, region üçün ənənəvi, habelə insanların həyatı üçün önəmli təsərrüfat komplekslərinin həyata keçirilməsi böyük lider tətəfindən dönə-dönə qeyd olunur. Müzəffər Ali Baş Komandan həmçinin qətiyyəti ilə qeyd edir ki, Azərbaycan dövləti Qarabağda dinc həyatı, iqtisadi gücü elə bərqərar edəcəkdir ki, bir də işğalçı ermənistan dövləti, onun başıpozuq rəhbərləri bizə pis gözlə baxmağa cəsarət etməsinlər, revanşıst xəyallarından əl çəksinlər. Möhtərəm Prezidentin qətiyyətli, inamlı, real situasiyaya söykənmiş açıqlamaları biz Azərbaycan vətəndaşlarında nikbin gələcəyə ümidlər yaradır. Qarabağ Azərbaycandır! Taleh Əkbərov, ”Dəfinə” məktəb-liseyinin direktoru Вернуться назад |