Главная > Siyasət > "Dəmir yumruq" əməliyyatı tarixi ədaləti bərpa etdi
"Dəmir yumruq" əməliyyatı tarixi ədaləti bərpa etdi18-02-2021, 18:26. Разместил: yeni321 |
"Dəmir yumruq" əməliyyatı tarixi ədaləti bərpa etdi Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarına səfərini televiziyada izlədim. Türk Dünyasının böyük oğlu, dahi siyasətçi, əsl sərkərdə İlham Əliyevin rəhbərliyi ilə ordumuz 30 illik ədalətsizliyə son qoydu. Ali Baş Komandanımızın 2003-cü ildə dediyi kimi biz neft kapitalını insan kapitalına çevirdik. Cənubi Qafqazın lider ölkəsi olan Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi. 44 günlük müharibə Azərbaycan ordusunun dünyanın ən güclü ordularından biri olduğunu göstərdi. Şah İsmayıl Xətai, Fətəli xan Xoyski və İlham Əliyev cənabları Azərbaycan torpaqlarını işğaldan azad etdi. Bu qələbələr münasibətilə Azərbaycan xalqı tələb edirdi ki, öz lideri Cənab İlham Əliyevə Milli Qəhrəman adı verilsin. "Dəmir Yumruq” əməliyyatı ilə tarixi ədaləti bərpa edən Azərbaycan ordusuna və Ali Baş Komandan İlham Əliyevə eşq olsun. Yaşasın Azərbaycan!Biz birlikdə güclüyük. Hörmət Məmmədli, Binə Xocavar kənd B.Nuriyev adına tam orta məktəbin müəllimi Вернуться назад |