Главная > Siyasət > Azad olunmuş ərazilərdə abadlıq-quruculuq işlərinin aparılması ölkənin inkişafına yeni təkan verəcək

Azad olunmuş ərazilərdə abadlıq-quruculuq işlərinin aparılması ölkənin inkişafına yeni təkan verəcək


9-02-2021, 18:36. Разместил: yeni321
 

Azad olunmuş ərazilərdə abadlıq-quruculuq işlərinin aparılması ölkənin inkişafına yeni təkan verəcək

Ötən il ölkəmiz bütün dünyada olduğu kimi, bir neçə problemlərlə üzləşdi. Sürətlə yayılan “COVİD-19” virus infeksiyası bizim ənənəvi yaşayış tərzimizə müəyyən dəyişiklər etmişdir. Sözsüz ki, pandemiya şəraiti iqtisadiyyatımıza da öz təsirini göstərdi. Lakin bütün çətinliklərə baxmayaraq Ali Baş Komandanın rəhbərliyi altında müzəffər Azərbaycan Ordusu illərlə işğal altında olan torpaqlarımızı mənfur düşməndən azad etmişdir. Azərbaycanın hər tərəfli inkişafı, dünyada söz sahibinə çevrilməsi, güclü ordusu bu böyük Qələbənin həyata keçməsinə zəmin yaratmışdır. Bu Zəfər bizim üçün həm mənəvi, həm iqtisadi baxımdan yeni reallıqlar açır. İşğal olunmuş ərazilərdə yeni abadlıq-quruculuq işlərin aparılması Azərbaycanın inkişafına yeni təkan verəcəkdir. Həmin ərazilərin dirçəlməsi müəyyən zaman aparacaqdır. Bu prosesin təməlini düzgün qoyduqda inanıram ki, böyük nailiyyətlər əldə edəcəyik. Ölkəmizin yetərli qədər vətənpərvər gəncləri, yüksək səviyyəli mütəxəssisləri vardır ki, onların gücündən, bilik və bacarıqlarından istifadə etmək lazımdır.

Şübhəsiz ki, işğaldan azad edilmiş torpaqlarımıza böyük qayıdış gözlənilir. Yeni infrastruktur layihələri, əsaslı təmir və restavrasiya işləri mərhələli şəkildə həyata keçiriləcəkdir. Ölkəmizin iqlimi cox müxtəlifdir, ərazilərimizin mülayım və subtropik iqlim qurşaqlarının qovuşduğu sahəsində yerləşməsi büyük infrastruktur layihələrinin həyata keçirlməsi üçün şərait yaradır. Onu da qeyd etməliyəm ki, rəqabətli iqtisadiyatımızın inkşafı üçün yeni texnologiyalardan geniş istifadə olunmalıdır. İşğal altında olan torpaqlarımız təmizlənəndən sonra, orada yaşıllıqlar, coxəsirli ağaclar əkilməlidir. Keçən iı ölkəmizin bütün bölgələrində bir sıra ağac əkmə aksiyaları həyata keçirilmiş və artıq ənənə halına salınmışdır. Ümud edirəm ki, bu il ərzində ölkəmiz həm iqtisadi, həm ekoloji baxımdan daha cəlb edici olacaqdır. Bu da öz növbəsində yeni investisiyaların ölkəmizə axını sürətləndirəcəkdir.
Bu işlərdə cənab Prezidentimiz başda olmaqla xalqımıza uğurlar arzu edirəm!

Qardaş Fətullayev,
Ziyalılar Cəmiyyətinin sədri
шаблоны для dle 11.2
Вернуться назад