Главная > Siyasət > İri şəhərləri ilə yanaşı regionlarda da sosial-iqtisadi inkişafa nail olunmuş, yeni iş yerləri yaradılmışdı

İri şəhərləri ilə yanaşı regionlarda da sosial-iqtisadi inkişafa nail olunmuş, yeni iş yerləri yaradılmışdı


9-02-2021, 18:39. Разместил: yeni321
İri şəhərləri ilə yanaşı regionlarda da sosial-iqtisadi inkişafa nail olunmuş, yeni iş yerləri yaradılmışdı

Ötən illərdə qəbul olunmuş regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının icrası nəticəsində ölkənin sosial-iqtisadi inkişafında dinamik irəliləyiş olduğu hamıya məlumdur. Belə ki, görülmüş işlərin nəticəsi olaraq ölkənin iri şəhərləri ilə yanaşı regionlarda da sosial-iqtisadi inkişafa nail olunmuş, yeni iş yerləri yaradılmışdır.
Eyni zamanda aqrar sahədə qəbul olunmuş çəltikçiliyin, çayçılığın, sitrus meyvəçiliyinin, tütünçülüyün, barama istehsalının inkişafına dair Dövlət Proqramları aqrar sahədə nəzərəçarpacaq dərəcədə inkişafa səbəb olmuşdur. Yola saldığımız 2020-ci ildə məlum pandemiya dünyanın bütün ölkələrinin istisadiyyatı ilə yanaşı Azərbaycan İqtisadiyyatına da öz mənfi təsirini göstərmişdir. Lakin buna baxmayaraq pandemiya dövründə kənd təsərrüfatı sahəsində çalışan işçilərə qaydalara riayət etməklə işləməyə şərait yaradıldığından ölkədə ərzaq qıtlığı yaranmamışdır.
Cənab Prezidentin qətiyyəti və Azərbaycan Ordusunun şücayəti ilə uzun illər işğal altında qalmış torpaqlar işğaldan azad edilmişdir. Ölkəmizin qazandığı qətiyyətli qələbə nəticəsində Türkiyədən Azərbaycana birbaşa dəhlizin açılması ümumi region üçün əhəmiyyətli olmaqla Azərbaycanın inkişafına öz töhvəsini verəcəkdir.
Yaxın dövrlərdə işğaldan azad olunmuş torpaqlar minalardan təmizləndikdən və burada yenidənqurma işləri aparıldıqdan sonra Böyük Qayıdış başlayacaqdır. Bu torpaqlar hesabına ölkənin əkin sahələri daha da genişlənəcəkdir. Bu da Respublikamızda ərzaq təhlükəsizliyinin daha da təmin olunmasında və xaricə kənd təsərrüfatı məhsullarının ixracında müsbət nəticəsini göstərəckdir.
Son illərdə ölkənin müxtəlif ərazilərində ağac əkmə kompaniyaları keçirilir. Eyni zamanda azad olunmuş torpaqlarda salınacaq yeni yaşıllıqlar, meşə zolaqları ölkədə ekoloji tarazlığın qorunmasına səbəb olacaqdır. Həmçinin bu ərazilərdə yeni infrastrukturun qurulması ölkəyə investisiya axınını gücləndirəcəkdir. Bu ərazilərdə yeni iş yerləri yaranacaqdır ki, nəticədə ölkədə işsizliyin səviyyəsi daha da aşağı düşəcəkdir.
Biz ölkə fermerləri olaraq "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in bizim üzərimizə qoyduğu vəzifələri layiqincə yerinə yetirmək üçün bütün qüvvəmizi səfərbər edəcəyik. Ölkənin sosial-iqtisadi inkişafından yararlanaraq daha yeni texnologiyadan isitifadə etməklə yüksək məhsuldarlıq əldə edəcək, eyni zamanda ixrac yönümlü məhsullar istehsal ediləcək.

Yusif İbrahimli,
Masallı DAİm yanında Fermerlər Şurasının sədriшаблоны для dle 11.2
Вернуться назад