Главная > Siyasət > Bir milyona yaxın əhalimizin öz dədə-baba yurdlarına qayıtması əlbəttə ki, Böyük Qayıdışdır
Bir milyona yaxın əhalimizin öz dədə-baba yurdlarına qayıtması əlbəttə ki, Böyük Qayıdışdır9-02-2021, 19:21. Разместил: yeni321 |
Bir milyona yaxın əhalimizin öz dədə-baba yurdlarına qayıtması əlbəttə ki, Böyük Qayıdışdır “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” haqqında ölkə başçısının sərəncamı və bundan irəli gələn vəzifələr Müharibə, Əmək və Silahlı Qüvvələr Şurasının sədri kimi məndə ölkəmizin gələcəyinə, vətəndaşlarımızın sosial rifahının daha da yaxşılaşacağına olan inamı artırdı, dövlətimizn gələcəyinə olan əminlik hissini bir qədər də gücləndirdi. Ötən il Şanlı Azərbaycan Ordusu mənfur düşmənlə 44 gün qəhrəmancasına savaşıb onu diz çökdürdü. Bu 44 günlük müharibə xalq olaraq qürurumuzu, vüqarımızı, özümüzə inamımızı qaytardı. İgid Azərbaycan oğulları öz qəhrəmanlıqları ilə nəinki bugünkü nəsil üçün, eyni zamanda gələcək nəsillər üçün daim fəxr edib, qürur duyacağımız şanlı tarix yazdılar. Məhz Ali Baş Komandanımız İlham Əliyevin düşünülmüş siyasəti nəticəsində bu gün işğaldan azad olunmuş torpaqlarımızda artıq abadlıq-quruculuq işləri aparılır. Çox sevindirici haldır ki, Şanlı Qələbəmiz pandemiya dövrünə təsadüf edilsə belə respublikamız bütün çətinliklərdən üzü ağ çıxa bildi. Ən əsası bü Vətən müharibəsində cəmiyyətimizin vətəndaşlarımızın həmrəyliyinə, yümruq kimi bir olmasına şahid olduq. Təbii ki, dövlət sərhədlərini bərpa etməklə Azərbaycan xalqı son bir əsrdə hərbi və diplomatik sahədə ən böyük zəfərə nail oldu. Vətəndaşlarımızın işğaldan azad edilmiş ərazilərdə daimi məskünlaşmasına şərait yaratmaq və onları təhlükəsiz yaşamaqlarını təmin etmək ən prioritet məsələlərdən biri olacaq. Bir milyona yaxın əhalimizin öz dədə-baba yurdlarına qayıtması əlbəttə ki, Böyük Qayıdışdır. Bu Qayıdışın daimi, mükəmməl və dönməz olması üçün orada yaşayış şəraiti qurulmalı, yollar çəkilməli, infrastruktur layihələr həyata keçirilməlidir. Bunlar hamısı çətin, böyük vəsaitlər tələb edən işlərdir. Biz əminik ki, hörmətli Prezidentimiz xalqımızın dəstəyi ilə bu işlərin də öhdəsindən layiqincə gələcək. Məmmədağa Şiriyev, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatı Masallı rayon şöbəsinin sədri Вернуться назад |