Главная > Siyasət > Uzaqgörən siyasətçi, görkəmli dövlət xadimi
Uzaqgörən siyasətçi, görkəmli dövlət xadimi22-02-2021, 19:24. Разместил: yeni321 |
Uzaqgörən siyasətçi, görkəmli dövlət xadimi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”i proqramının əsas məqsədlərindən biri və deyərdim ki, ən başlıcası dövlətimizin inkişafı və xalqımızın rifah halının daha da yüksəlməsinə xidmət etməkdən ibarətdir. Bəlli olduğu kimi Vətən Müharibəsində qazandığımız tarixi qələbə nəticəsində ölkəmizin istər regionda, istərsə də beynəlxalq miqyasda nüfuzu əhəmiyyətli dərəcədə artırmışdır. Bundan əlavə yeni nəqliyyat dəhlizlərinin açılması ilə büdcəyə daxil olan gömrük rüsumları artacaq, ictimai iaşə sahəsi inkişaf edəcək, ölkəmizin turizm potensialını artıracaqdır. Həmçinin işğaldan azad edilmiş ərazilərimizdə əlvan metallurgiya sahəsinin, turizm-xidmət sahəsinin, kənd təsərrüfatının inkişafı üçün böyük imkanlar mövcuddur. Qarşıdakı 10 il ərzində rəqabətqabiliyyətli, suveren, dayanıqlı, milli iqtisadiyyatımız inkişaf edəcəkdir. Özəl sektorun, xüsusilə də kiçik və orta sahibkarlığın dövlət dəstəyi ilə inkişaf etdirilməsi nəticəsində əhalinin işsizlik səviyyəsi əsaslı şəkildə azalacaqdır. Həmçinin iqtisadi islahatların özəyində vətəndaşların sosial rifah halının yaxşılaşdırılması nəzərdə tutulmuşdur. Bu proqram nəticəsində ölkəmiz müasir innovasiyalar məkanına çevriləcəkdir. Bunun olması üçün əsas şərtlərdən biri əsrin tələblərinə cavab verən təhsil sahəsinin yaradılması və innovativ cəmiyyətin formalaşdırılmasıdır. Yüksək səviyyəli təhsil sisteminin qurulması nəticəsində rəqabətli insan kapitalı yaranacaq. Günümüzdə beynəlxalq səviyyədə aktual olan məsələlərdən biri də ətraf mühitin qorunması, ekoloji təmiz texnologiyaların tətbiqinin də bu proqrama salınması cənab Prezident İlham Əliyevin nə qədər uzaqgörən siyasətçi və görkəmli dövlət xadimi olduğuna işarədir. Elxan Rəcəbov, Masallı rayonu. Вернуться назад |