Главная > Siyasət > MASALLIDA XOCALI SOYQIRIMI QURBANLARI ANILIB

MASALLIDA XOCALI SOYQIRIMI QURBANLARI ANILIB


26-02-2021, 19:12. Разместил: yeni321
MASALLIDA XOCALI SOYQIRIMI QURBANLARI ANILIB 

26 fevral 2021-ci il tarixdə Masallı şəhər «Qəhrəmanlar parkı»nda Xocalı soyqırımının qurbanları anılıb.
Səhər saatlarından başlayaraq Masallı şəhər «Qəhrəmanlar parkı»nda, şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksinin önündə xüsusi karantin rejimi qaydaları gözlənilərək, ara məsafəsi saxlanılmaqla Xocalı şəhidləri anılıb.
Xüsusi karantin rejiminin tələblərinə riayət etməklə keçirilən mərasim zamanı Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Şahin Məmmədov və aparatın əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ictimaiyyətin nümayəndələri növbə ilə abidə-kompleksi önünə tər gül dəstələri düzməklə faciə qurbanlarının xatirəsini dərin hüznlə yad edib, həlak olanların ruhuna dualar oxuyublar.
Xatirə günü ilə əlaqədar Masallı şəhərində, kənd və qəsəbələrdə dövlət bayraqları endirilib, saat 17:00-da Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.




 
www.yeniheyet.az

 

шаблоны для dle 11.2
Вернуться назад