Главная > Siyasət > Masallıda Xocalı faciəsinin 29-cu ildönümü ilə əlaqədar tədbirlər keçirilib
Masallıda Xocalı faciəsinin 29-cu ildönümü ilə əlaqədar tədbirlər keçirilib26-02-2021, 19:47. Разместил: yeni321 |
Masallı Poçt Filialında Xocalı faciəsinin 29-cu ildönümü ilə əlaqədar tədbir Masallı Poçt Filialında Xocalı faciəsinin 29-cu ildönümü ilə əlaqədar tədbir keçirilmişdir. Tədbirdə Masallı Poçt Filialının rəisi Səfalı Paşayev Xocalıda erməni faşistlərinin xalqımızın başına gətirdiyi faciələr haqqında çıxış etmiş və xalqımızın qisasının yerdə qalmadığı, 44 günlük Vətən müharibəsi dövründə Möhtərəm Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyevin ordumuza qüdrətli sərkərdəlik etməsi sayəsində işğal altında olan topraqlarımızın azad edilməsindən bəhs etmişdir. Tədbirə filialın Türkoba, Bambaşı, Çaxırlı, Boradigah, Mahmudavar, Qızılavar və digər poçt şöbələri də onlayn formatda qoşulmuşdur. “Xocalı soyqırımını unutma” mövzusunda virtual sərgi Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş hər bir vətəndaşımızın xatirəsi bizim üçün əzizdir. Soyqırım qurbanlarını dərin hörmətlə yad edirik. 26.02.2021-ci il tarixində Masallı rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə “Xocalı soyqırımını unutma” mövzusunda virtual sərgi keçirilib. Virtual sərgidə məktəblilər tərəfindən çəkilən rəsmlər nümayiş olunub. Xalqımızın yaddaşında dərin izlər buraxmış qətliamın 29-cu ildönümü ilə əlaqədar təşkil olunan virtual sərgidə Masallı rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Gülcahan Vəkilzadə Xocalı faciəsi ətrafında məruzə edib. Maliyyə şöbəsində Xocalı faciəsinin 29-cu il dönümünə həsr olunmuş tədbir Masallı rayonu üzrə Maliyyə Şöbəsinin kollektivi Xocalı soyqırımı ilə bağlı şəhid olmuş insanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Maliyyə Şöbəsinin rəisi Azər Abdullayev çıxışında bildirib ki, 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə erməni faşistləri 366-cı sovet motoatıcı alayının köməyi ilə Xocalı şəhərinə hücum etməklə dəhşətli bir faciə törədərək dinc əhalini gülləbəran etdilər. Bu, dünyada misli görünməmiş vəhşilik idi. Ermənilər həmin gecə 613 nəfər Xocalı sakinini şəhid etdilər. Həmin şəhidlərin 63 nəfəri uşaqlar, 16 nəfəri qadın və 70 nəfəri isə qocalardır. Natiq qeyd edib ki, Xocalı faciəsi bəşər tarixinin ən qanlı səhifələrindən biridir. Çünki həmin faciə qurbanlarının, xüsusi qəddarlıqla, amansızlıqla qətlə yetirilənlərin əksəriyyəti tanınmaz vəziyyətə salınmışdır. Ermənilərin xalqımıza qarşı apardığı soyqırım siyasəti nə bu günün, nə də dünənin işidir. Onlar bu terror siyasətini müəyyən fasilələrlə daim davam etdirirlər. Viləşçay Su Anbarı İstismarı İdarəsində Xocalı soyqırımının 29-cu ildönümü Viləşçay Su Anbarı İstismarı İdarəsində Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar tədbir keçirilmişdir. Əvvəlcə soyqırım qurbanlarının xatirəsi ehtiramla yad edilmişdir. Tədbirdə idarənin rəisi Mahir Əliyev çıxış edərək Xocalı soyqırımı haqqında ətraflı məlumat vermişdir. Digər çıxış edən iştirakçılar da Xocalı soyqırım haqqında öz fikirlərini bildirmişlər. www.yeniheyet.az Вернуться назад |