Главная > Siyasət > Ermənistanın bir dövlət kimi gələcək mövcudluğu sual altındadır

Ermənistanın bir dövlət kimi gələcək mövcudluğu sual altındadır


28-02-2021, 10:35. Разместил: yeni321
Ermənistanın bir dövlət kimi gələcək mövcudluğu sual altındadır

Bu gün, ölkəmizdə istər birinci, istərsə də İkinci Qarabağ döyüşlərində şəhid olanların ailələrinə, istər qazilərə, istərsə də döyüş iştirakçılarına dövlətin sosial qayğıları, imtiyaz və təminatlar barədə, bunların gələcək proqramlarda daha da genişləndirilməsini hamı hiss edir və görür.
Vaxtilə keçmiş iqtidar dövründə demək olar ki, sığorta müəyyənləşdirilməmişdi, sağlamlıq, mənzillə təminatdan heç danışmağa dəyməzdi. Mən o dövrlərdə işimlə əlaqədar olaraq bu məsələlərlə məşğul olmuşam. 1993-cü ilin yayında Ulu öndər Heydər Əliyevin hakimiyyətə təkrar qayıdışından sonra bu sahəyə qayğı və diqqət genişləndi. Yalnız rayonun daxili imkanları hesabına yardımlar aparılırdı.
İndi son zamanlar respublikamızın hər yerində şəhid ailələrinə, qazilərə evlər və  şəxsi mənzillər tikilib təqdim edilir, sosial qayğı və təminat artırılıb. Qısa müddət ərzində Ramana qəsəbəsində şəhid ailələri və müharibə əlilləri üçün salınan şəhərcik, Şağan qəsəbəsində reabilitasiya mərkəzinin əsaslı təmiri bunun bariz nümunəsidir. Fevralın 25-də, Möhtərəm Prezidentimizin Ramana yaşayış komleksində mənzillərin təqdim olunması mərasimindəki çıxışı zamanı “17 il ərzində  9200-ə yaxın şəhid ailəsi, müharibə əlilinin mənzillərlə, 7200-ə yaxın minik avtomaşı ilə təmin edilməsi, təkcə keçən il 1572 mənzil verilməsi, bu il isə 3 minə yaxın mənzilin veriləcəyi” ifadələri bu sahədəki uğurlu siyasətin göstəricisidir.
AXC – Müsavat cütlüyünün rəhbərliyi dövründə polisin, fəalların gücü ilə məcburi qaydada cəbhəyə səfərbərlik planı yarımçıq icra olunurdu. Niyə? Çünki qayğı, təminat, ruh yüksəkliyi yox idi. Şəhidlərə, yaralılara laqeyd münasibət, əlbəttə, başqa nəticə verə bilməzdi.
Birinci Qarabağ döyüşlərindəki uğursuzluğun səbəbləri çoxdur: biganəlik, dərəbəylik, idarəetmənin pozulması və s. Sonralar dövlətimizin iqtisadi qüdrəti gücləndi. Ordu quruculuğumuzun maddi-texniki təchizatının formalaşması mütəşəkkilliyini tapdı.
Ərazi bütövlüyümüzün qəsb olunması, erməni vəhşilərinin xalqımızın başına gətirdikləri soyqırım, terror hərəkətlərinə, haqqımızı sübut etmək  və qisasımızı almaqdan ötrü BMT, bir sıra beynəlxalq qurumlar Azərbaycanın haqlı səsini eşitsələr də, münaqişənin tənzimlənməsini təmin etmədilər. ATƏT vaxtı uzadaraq daim sülh yolunu, hər iki ölkənin birgə razılığı və görüşləri ilə həll etməyi dilucu təkrar edirdi.
Ermənistan və qondarma rejim bütün bunlar azmış kimi təhdidlər, hədələr, müharibəyə çağırış edir, təxribata əl atırdı.
Lakin Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan xalqımızın birliyini, ordumuzun gücünü təmin etməklə diplomatik siyasi-hərbi strategiya ilə sübut etdi ki, münaqişənin həllindən ötrü yalnız müharibə, döyüş variantının vaxtı çatıb, xalqımızın səbri tükənib. Beləliklə, 44 günün zəfər yürüşləri Azərbaycanımızın yeni tarixini yazdı.
Bir vaxtlar keçmiş iqtidarın Müdafiə naziri olmuş Rəhim Qazıyev deyirdi ki, Şuşa verilsə, başıma güllə çaxacağam. Ermənistanın baş naziri Vətən müharibəsindən əvvəl Cəbrayıla yol çəkəcəyi, Şuşada parlament təşkil edəcəyi və s. kimi sərsəm bəyanatlar verirdi. Bu paraleli təsadüfən çəkmədim. Belələrinə xalq bel bağlaya bilməz.
İkinci Qarabağ savaşı zamanı Vətənimizin çağırışına on minlərlə, yüz minlərlə könüllü qoşuldu. Ona görə ki, dövlətimizin siyasəti uğurludur, ordumuzda hər cür şərait var.
Ermənilər çağırışa zornan göndərilənləri cəbhədən qaçmasın deyə, səngərlərdə zəncirlə bağlayırdılar. Bizdə isə yaralı ola-ola qələbəyə doğru azğın düşmənləri torpaqlarımızdan qovub çıxaran, onları diz çökməyə məcbur edən nə qədər igid və qəhrəmanlarımız oldu.
Vətən müharibəsindəki qələbəmiz möhtəşəm hərbi paradla müşaiyət olundu. Nəhayət, ermənilərin uzun sürən cəfəngiyyat ideyalarına, sayıqlamalarına son qoyuldu. İndi qalır onların törətdikləri beynəlxalq hərbi cinayətlərinə görə Haaqa Məhkəməsində, BMT dinləmələrində cavab vermələri. Görəsən, bu qədər iddia təzminatlarını, əhalisini rəzil vəziyyətdə saxlayan, xaos və qeyri-sabit şəraitdən bezib başqa ölkələrdə köç salan Ermənistan bir dövlət kimi gələcək mövcudluğu barədə nə vaxt nəticə çıxaracaq?
Azərbaycanımızın uğurları beynəlxalq iqtisadi təhlillərdə, məlumatlarda gündən-günə artır. Masallı ağsaqqalları ölkə başçısının çıxışlarındakı müddəaları bəyənir, bu sahədə təbliğat işinin daha da gücləndirilməsi üçün çalışacaqlar.

Ələşrəf NİFTİYEV,
Masallı Rayon Ağsaqqallar Şurasının sədri, III dərəcəli “Vətənə xidmətə görə” ordenli dövlət qulluğu təшаблоны для dle 11.2
Вернуться назад