Главная > Siyasət > Revanşistlərə sərt mesaj: “Dəmir yumruq yerindədir, səbrimizi sınamayın!”

Revanşistlərə sərt mesaj: “Dəmir yumruq yerindədir, səbrimizi sınamayın!”


28-02-2021, 18:50. Разместил: yeni321
Revanşistlərə sərt mesaj: “Dəmir yumruq yerindədir, səbrimizi sınamayın!”

Bu gün, Ermənistan dünyanın hər yerindən çox acınacaqlı və miskin görünür.
Sanki bu vəziyyət onların iqtisadi-siyasi ölüm yolunun başlanğıcına işartıdır.
Azğınlaşmış ermənilərin “Azərbaycanın əksər torpaqları “Böyük Ermənistan”ın bir parçasıdır” xülyaları başlarına bəla oldu. İnanmırdılar ki, işğal etdikləri torpaqları, alınmaz Şuşa qalasını Azərbaycan əsgəri qısa müddətə fəth edəcək. Heç Aprel döyüşlərindən də düzgün nəticə çıxartmadılar. İllər boyu topladıqları “ianələr”, “ənam” kimi əldə etikləri silah-sursatlar da dadlarına çatmadı. Nə havadarları, nə də 30 il ərzində qurduqları beton istehkamlar da onları qoruya bilmədi. İndi budur, Yerevanda ara qarışıb, məssəb itib. Acı, sarsıdıcı məğlubiyyətdən sonra bir-birlərini günahlandırırlar. Vaxtilə bizim məsuliyyətsiz, səbatsız siyasi müxaliflərimiz kimi kreslo davasına çıxan ermənilər yaranmış vəziyyətdən “yararlanmaqla” hakimiyyətə gəlmək istəyirlər. Azərbaycan Prezidenti cənab İlham Əliyevin söylədiyi kimi: “ ...O vaxt Azərbaycanın başında olan insanlar lazımi tədbirlər görə bilməmişdilər. Xüsusilə AXC-Müsavat cütlüyünün dövründə Şuşanın, Laçının, Kəlbəcərin düşmənə verilməsi böyük xəyanət idi və faktiki olaraq müharibənin sonrakı gedişatını şərtləndirdi... O vaxt faktiki olaraq bizim bölgələrimizin müdafiəsi demək olar ki, özünümüdafiə qüvvələrinin öhdəsinə buraxılmışdı. Nizami ordu yox idi. Hətta insanları Kəlbəcərdən, Laçından çıxarmaq üçün lazımi tədbirlər görülməmişdi, ona görə də, əhali arasında böyük itkilər olmuşdu.”
İndi Ermənistanda eyni, oxşar vəziyyət yaranıb. Səriştəsiz Paşinyanın kürsüsü laxlamaya başlayıb. Onu hədəfə alan erməni “Soros”çuları yeni mövsümi “inqilab”ı Yerevana gətirməyə çalışırlar. Buna rəğmən qərbpərəst millətçi qüvvələrin də aktivləşməsi göz önündədir, hərbi qiyam da qaçılmaz hala şevrilib. Necə deyərlər, adəti üzrə dağıdıcı xarici qüvvələrin əlində alətə çevrilən Ermənistan yenə də həmin “qara dairələrin” çevrəsindədir. Hökumət binasının qarşısında polis qüvvələrilə Baş nazir Paşinyanın istefasını tələb edən etirazçılar arasında toqquşmalar, hökumət və Baş Prokurorluğun binalarına daxil olmağa cəhdlər olur. Müdafiə Nazirliyi binası qarşısında şəhid və hərbçi valideynləri, demək olar ki, hər gün etiraz nümayişlərinə çıxır. Müharibədə məğlub olan hökumətin istefasını tələb edən müxalif qüvvələr Yerevanda parlament binasına girişləri bağlayır, barrikadalar, çadırlar qururlar.
Yerevanın mərkəzi küçələrilə yürüş keçirən Nikol isə öz tərəfdarları qarşısında Respublika meydanında etdiyi çıxışında hakimiyyətin qanun çərçivəsində daha sərt mövqe tutacağını qeyd edib:” Məni satqın adlandırırlar. Demək onlar, bura toplanan insanları da satqın sayırlar...”
Şəxsi ambisiyalar naminə qərarlar verilən Ermənistanın Silahlı Qüvvələri baş qərargah rəisi tərəfindən imzalanmış Paşinyan hökumətinin istefasını tələb edən bəyanatı Baş nazir "hərbi çevriliş cəhdi" adlandırıb.
Paşınyanın “İsgəndər” raketi ilə bağlı açıqlaması da ölkəsindəki pis olan vəziyyəti daha da gərginləşdirib. Amma Nikol unudub ki, ucuz ətin şorbası olmadığı kimi, havayı raketin də zorbası olmaz.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ramana qəsəbəsində salınan şəhərçikdə şəhid ailələri və müharibə əlillərinə mənzillərin təqdimolunma mərasimində vurğuladığı kimi: “Ermənistan heç vaxt bu cür acınacaqlı vəziyyətdə olmamışdır. Onları bu vəziyyətə salan onların rəhbərləridir. Həm 20 il Ermənistana başçılıq edən xunta rəhbərləri – Köçəryan-Sarkisyan xuntası, həm ondan sonra gələn hakimiyyət...”
Sözün əsl mənasında belədir. Ötən müddətdə Azərbaycan xalqının başına nə gəlibsə bu cəllad cütlüyün ucbatından gəlib. Məhz elə bu canilərin 30 il ərzində formalaşdırdığı saxta ordu quruculuğu təsəvvürlərini 44 gün ərzində məhv etdik – qisasımızı aldıq. Ermənistan illər boyu yürüdülən uğursuz siyasətinin acı nəticələri ilə barışmalı oldu. Köçəryan-Sarkisyan cütlüyünün müharibədən sonrakı “fəallığına” gəldikdə isə, artıq bu köhnəlmiş fiqurlardan bezən ermənilər hazırkı acınacaqlı durumda ikən müharibə etməyə də cəsarət edə bilməz. Daha doğrusu, hünəri, gücü çatmaz. Əks təqdirdə, yəni əvvəlki niyyətindən əl çəkməyən, üçtərəfli anlaşmanın şərtlərini icra eməyən, ordusu bitib-tükənən Ermənistan gün-gündən müasir silahlarla təchiz edilən qüdrətli Azərbaycan Ordusunun yenilməz əsgərləri qarşısında yenidən rəzil olacaq, döyüşkən Azərbaycan xalqı qarşısında təkrar dizə çökəcək.  
Müzəffər Ali Baş Komandanımızın xəbərdarlıq mesajını qulaqlarında sırğa edən düşmən unutmamalıdır ki, revanşist fikirlərlə yaşayacaqsa, yenidən dəmir yumruğumuzu görəcək.

  Akif AĞAYEV,
“Yeni həyat” (Masallı) qəzetinin baş ədəbi işçisi. шаблоны для dle 11.2
Вернуться назад