Главная > Siyasət / Mədəniyyət > Azərbaycan xalqının qalibiyyət savaşı
Azərbaycan xalqının qalibiyyət savaşı1-03-2021, 12:14. Разместил: yeni321 |
Azərbaycan xalqının qalibiyyət savaşı Azərbaycan xalqının qalibiyyət savaşına rəhbərlik edən cənab İlham Əliyev yeni bir tarix yaratdı. Rəşadətli Ordumuz 44 günlük Vətən müharibəsi dövründə işğalçı Ermənistanı döyüş meydanında məhv edərək,onları geri addım atmağa məcbur etdi. Bakının Ramana qəsəbəsindəki şəhid ailələri və qazilərlə görüşündə cənab Prezidentin bugünki reallıqlardan söhbət açması bizi çox qürurlandırır. Dövlətimiz şəhid ailələri və müharibə əlilləri üçün əlindən gələni edir. Müharibədən 3 ay yarım keçməsinə baxmayaraq dövlətimiz şəhid ailələri və müharibə əlillərini daim diqqət mərkəzində saxlayır və saxlayacaq. Azərbaycan güclü dövlətdir və Azərbaycanın güclü Ordusu var. Artıq düşmən də etiraf edir ki,Azərbaycan ordusu çox güclüdür.Ölkə rəhbərinin xüsusi diqqət mərkəzində saxladığı məsələlərdən biri ordu quruculuğu olub və bu gün Azərbaycanın iqtisadi inkişafı ordumuzun qüdrətlənməsini təmin edib.Azərbaycan 30 ilə yaxın davam edən münaqişəni həll etdi və buna güc yolu ilə və siyasi vasitələrlə nail oldu. 28 ildir ki,”münaqişənin hərb yolu yoxdur” söyləyən Həmsədr dövlətlər 44 gündə bunun mövcudluğunu nəinki gördülər,eyni zamanda Azərbaycanın təkbaşına BMT Təhkükəsizlik Şurasının qətnamələrini icra etdiyinin şahidi oldular. İşğala son qoyuldu, haqq-ədalət bərpa edildi.Hazırda regionda tamamilə yeni bir vəziyyət mövcuddur.Regionda yeni reallıqlar yaranıb. Azərbaycan dövləti bütün dünyaya öz gücünü göstərdi. Cənab Prezident İlham Əliyevin vurğuladığı kimi : Dağlıq Qarabağ münaqişəsi başa çatıb. Azərbaycan bunu həll edib.Dağlıq Qarabağ Azərbaycanın əzəli torpağıdır. Dilbər İbayeva, Masallı rayon Heydər Əliyev Mərkəzinin direktoru/ Вернуться назад |