Главная > Siyasət > Azərbaycan xalqı öz Prezidentini sevir

Azərbaycan xalqı öz Prezidentini sevir


1-03-2021, 12:26. Разместил: yeni321
 
Azərbaycan xalqı öz Prezidentini sevir

Uzaqgörən dövlət xadimi və dünya şöhrətli siyasətçi ümummili lider Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra Azərbaycanın siyasi arenasında dönüş yarandı. Prezidentimiz cənab İlham Əliyev öz fəaliyyəti ilə sübut edir ki, o, doğrudan da Ulu Öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısıdır.
Cənab Prezident İlham Əliyev Azərbaycana rəhbərliyə başladığı ilk günlərdən daim düşünülmüş, uzaqgörən siyasət yürütmüşdür. Bu gün Azərbaycanda xalq – iqtidar birliyi yüksək səviyyədədir.
Prezidentimizə olan sevgi və məhəbbət görünməmiş səviyyəyə çatmışdır. Bakının Ramana qəsəbəsindəki yaşayış komleksində Şəhid ailələrinin üzvləri və müharibə əlillərinə mənzillərin təqdim olunması mərasimində iştirakı zamanı Prezidentimiz şəxsən özünün və Azərbaycan dövlətinin hər zaman onların yanında olacaghını bildirib. Milli Qəhrəman İlqar İsmayılovun anası Fatma xanım, İkinci qrup Qarabağ müharibəsi əlili Rahim Babayev öz dərin hörmət, sevgi və ehtiramlarını dövlətimizin başçısına bildiriblər. Prezidentimizin bu ilin yanvarında imzaladığı Sərancamına əsasən, 2021 – 2025-ci illərdə ev şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan 11 mindən çox şəhid ailəsi və müharibə əlili mənzil, fərdi evlə təmin ediləcək.
Dövlət başçımızın ətrafında xalqımızın birliyi möhkəmlənmişdir. Azərbaycan xalqı öz Prezidentini sevir. Biz daim ona güvənərək dəstək verəcəyik.

Gülcahan Vəkilzadə,
Masallı Dövlət Regional Kollecinin müəllimiшаблоны для dle 11.2
Вернуться назад