Главная > Siyasət > Qüdrətli Azərbaycan Ordusu

Qüdrətli Azərbaycan Ordusu


1-03-2021, 12:37. Разместил: yeni321
Qüdrətli Azərbaycan Ordusu

Azərbaycan xalqı xoşbəxt xalqdır ki, ərazi bütövlüyünü bərpa edən onun tarixini yenidən yazan sərkərdə övladı var. Cənab Prezidentin şəhid ailələri və qazilərə göstərdiyi diqqət və qayğıya misal olaraq Ramana qəsəbəsində onların ailələrinə mənzillərin təqdim olunmasını deyə bilərəm. Güclü ordu qurmaq asan deyil,hər kəsin bacardığı iş deyil.Hal hazırda Azərbaycan Ordusunun gücü ,qüdrəti , göz qabağındadır. 44 günlük Zəfər qələbəmiz bunun bariz nümunəsidir.Bu qələbəni ordumuzun şücaəti və mübarizliyi ilə qazandıq. Ordumuz yüksək biliyə və peşə vərdişlərinə malik general ,zabit və igid əsgərləri ilə güclüdür. Hər bir xalqın güclü ordusu olduğu kimi güclü müasir silah-sursat, texnikası olmalıdır. Bu gün Ulu Öndər Heydər Əliyevin başlatdığı ordu quruculuğunu onun layiqli davamçısı Cənab Prezident İlham Əliyev aparır.Məhz buna görədir ki, bu gün Azərbaycan Ordusu öz gücünə və qüdrətinə görə ön sıralardadır. Biz bilirik ki, bu asanlıqla əldə olunmayıb .Bunun üçün illər boyu çalışılıb və zəhmət çəkilib.Zəhmətimizin nəticəsidir ki,qalib ölkənin yenilməz ordusu və mübariz xalqı var . Biz inanırıq ki,bundan sonra da ordumuz qüdrətlənəcək ,işğaldan azad olunmuş torpaqlarımızı göz bəbəyi kimi qoruyacaq.

Lətifə Həsənova,
Masallı rayon Musaküçə kənd sakiniшаблоны для dle 11.2
Вернуться назад