Главная > Siyasət > Dövlət başçısı İlham Əliyevin şəhid ailələri və müharibə əlillərinə göstətdiyi diqqət və qayğı daimidir

Dövlət başçısı İlham Əliyevin şəhid ailələri və müharibə əlillərinə göstətdiyi diqqət və qayğı daimidir


1-03-2021, 12:44. Разместил: yeni321
Dövlət başçısı İlham Əliyevin şəhid ailələri və müharibə əlillərinə göstətdiyi diqqət və qayğı daimidir

Azərbaycan dövləti, şəxsən möhtərəm Prezidentimiz cənab İlham Əliyev şəhid ailələri və müharibə əlillərinə göstətdiyi diqət və qayğı daimidir. Buna sübut olaraq ölkə Rəhbərinin Prezident olduğu 17 ildən artıq müddət ərzində bu qəbildən olan şəxslərə göstərilən dövlət diqqətinin mərkəzində həm Silahlı Qüvvələrin Ali Baş Komandanı, həm hakim Yeni Azərbaycan Partiyasının sədri, həm də Azərbaycan Respublikasının Prezidenti olaraq İlham Əliyev durur. Ötən dövr ərzində minlərlə şəhid ailələrinə, 2-ci Dünya və Qarabağ müharibəsi əlillərinə fərdi mənzillər, avtomobillər verilmişdir. Onlara Prezident təqaüdü təyin olunmuş, digər sabit pul müavinətləri verilir, reabilitasiya vasitələri təqdim olunmuşdur. Bu siyasət bu gün də uğurla davam etdirilir.
Göstərilən diqət və qayğı şəffadır və xalqımızın gözü önündədir. Ölkə Rəhbəri şəhid ailələrinin üzvləri ilə həm evlərində, həm də tədbirlərin keçirildıyı məkanlarda görüşüb,onları şəxsən dinləyir, problemləri ilə maraqlanır və həll olunmasından ötrü operativ göstərişlər verir. Belə görüşlərdən biri də bu il fevral ayının 25-də Bakının Ramana qəsəbəsində baş tutdu. Möhtərəm Prezidentimiz İlham Əliyev qəsəbədə şəhid ailələri və müharibə əlilləri üçün salınmış 30 binadan ibarət yaşayış kompleksinin açılışında və mənzillərin təqdim olunmasında iştirak etmişdir. Daha sonra görüş keçirilmişdir. Görüşdə cənab İlham Əliyev çıxış edərək demişdir: “ Bu gün, eyni zamanda, Şağan qəsəbəsində reabilitasiya mərkəzinin əsaslı təmirdən sonra açılışı da olub. Orada da minlərlə qazi hər il müalicə alacaq, reabilitasiyadan keçəcək, öz sağlamlığını bərpa edəcək. Eyni zamanda, müharibə dövründə əlini, qolunu itirmiş qazilərimiz üçün də ən müasir protezlər sifariş edilibdir. Mənə bu gün verilən məlumata görə, 300-dən çox qazimiz bu protezlərlə təmin ediləcək. Bizim ayaqlarını itirmiş qazilərimizin artıq bir neçəsi bu protezlərlə təmin edilib və onlar normal həyata dönə biliblər. Bu protezlər dünyanın aparıcı şirkətlərinin məhsuludur, ən müasir protezlərdir. Bu protezlər imkan verəcək ki, bizim qazilərimiz normal həyata qayıda bilsinlər”.
Mən də Qarabağ müharibəsi veteranıyam, Möhtərəm Prezidentimizin şəhid ailələri və müharibə əlilləri ilə görüşünü sonadək izlədim. Onun insanlarımıza verdiyi yüksək dəyərdən qürur hissi keçirdim. Fəxr edirəm ki, İlham Əliyevin sədri olduğu partiyanın üzvüyəm, xalqını, Vətənini ürəkdən sevən belə bir Rəhbərin qayğıları altinda yaşayıram və dövlətimə xidmət edirəm. Cənab İlham Əliyev deyir: “Dövlət şəhid ailələri, müharibə əlilləri üçün əlindən gələni edir. Mənim bu sahədəki siyasətim birmənalıdır”.
Biz, Masallı rayonunun müharibə, əmək və Silahlı Qüvvələr veteranları cənab İlham Əliyevə deyirik: “ Biz Sizdən çox razıyıq, cənab Prezident, Allah da razı olsun. Sizə Vətənimizin çiçəklənməsi, xalqımızın rifahının yaxşılaşdırılmasında uğurlar diləyiri. Sizi həmişə dəstəkləyirik. Eşq olsun Sizə!”.
Məmmədağa Şiriyev,
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Masallı rayon şöbəsinin sədri.шаблоны для dle 11.2
Вернуться назад