Главная > Siyasət > Ali Baş Komandan İlham Əliyevin Ramana qəsəbəsindəki yaşayış kompleksində Şəhid ailələri və müharibə əlillərinə mənzillərin təqdim olunması

Ali Baş Komandan İlham Əliyevin Ramana qəsəbəsindəki yaşayış kompleksində Şəhid ailələri və müharibə əlillərinə mənzillərin təqdim olunması


1-03-2021, 12:57. Разместил: yeni321
  

Ali Baş Komandan İlham Əliyevin Ramana qəsəbəsindəki yaşayış kompleksində Şəhid ailələri və müharibə əlillərinə mənzillərin təqdim olunması


Ali Baş Komandan cənab İlham Əliyevin Ramana qəsəbəsindək, yaşayış kompleksində
Şəhid ailələri və müharibə əlillərinə mənzillərin təqdim olunması məndə böyük təsurat yaratdı.
Cənab İlham Əliyev Şəhid ailələri və müharibə əlillərinə daim diqqət və qayğı ilə yanaşmış, şəhid və müharibə əlillərinin məişət şəraitinin yaxşılaşdırılması istiqamətdə böyük işlər görmüşdür.
Mən 2-ci Qarabağ müharibəsinin iştirakçısıyam. Döyüşlərdə mən Ali Baş Komandan cənab İlham Əliyevin bizdə yaratdığı ruh yüksəkliyinin şahidi oldum. 44 günlük zəfər müharibəsində iştirak etdiyim üçün qürur hissi keçirdirəm. Mən fəxr edirəm ki, dəmir yumruğun bir parçası oldum. Ali Baş Komandan cənab İlham Əliyev çıxışları zamanı bizə güvəndiyini bildirmişdir. Bizdə öz növbəmizdə cənab Ali Baş Komandanın bizə güvənini boşa çıxartmadıq və qələbə qazandıq.
Cənab Ali Baş Komandan İlham Əliyevin şəhid ailələri və müharibə əlillərinə göstərmiş olduğu diqqət və qayğını bir vətən müharibəsi iştirakçısı kimi hiss etməkdəyəm. Məndə bir Azərbaycan Respublikasının vətəndaşı olaraq cənab prezident İlham Əliyevin yürütdüyü daxili və xarici siyasətini bəyənirəm və dəstəkləyirəm. Ətrafınızda dəmir yumruq kimi birləşməyə daim hazıram.

Qiyasov Mircavid Mirbağır oğlu
,
İkinci Qarabağ müharibəsinin iştirakçısı

шаблоны для dle 11.2
Вернуться назад