Главная > Siyasət > Ali Baş Komandanın şəhid ailələri və müharibə əlillərinə diqqət və qayğısı

Ali Baş Komandanın şəhid ailələri və müharibə əlillərinə diqqət və qayğısı


1-03-2021, 13:02. Разместил: yeni321
Ali Baş Komandanın şəhid ailələri və müharibə əlillərinə diqqət və qayğısı

Ali Baş Komandan cənab İlham Əliyevin 25 fevral tarixində Bakının Ramana qəsəbəsindəki yaşayış kompleksində şəhid ailələri və müharibə əlillərinə mənzillərin təqdim olunması mərasimindəki çıxışı şəhid ailəsi və müharibə əlili kimi məni çox qürurlandırdı. Cənab Prezidentin şəhid ailələri və müharibə əlillərinə diqqət və qayğısı danılmazdır. Belə ki, respublikamızın hər yerində olduğu kimi Masallı rayonunda da şəhid ailələri və müharibə əlillərinə diqqət və qayğı göstərilməkdədir. Hazırda rayonumuzda 76 mənzildən ibarət 3 (üç) bina və 38 (otuz səkkiz) fərdi mənzillər şəhid ailələrinə və müharibə əlillərinə təqdim olunmuşdur. Qarabağ qazisi və şəhid qardaşı olaraq bildirmək istəyirəm ki, Prezidentimizin sosial sahəyə ayırdığı diqqət və qayğını bütün şəhid ailələri və müharibə əlilləri hiss etməkdədir. Mən də Qarabağ müharibəsi əlili olaraq avtomobillə və mənzillə təmin olunmuşam. Bizə verilən pensiya və Prezident təqaüdlərinin artırılması diqqət və qayğının təzahürüdür.
Vətən müharibəsində qazanılmış qələbə münasibəti ilə başda Ali Baş Komandanımız olmaqla bütün Azərbaycan xalqını təbrik edirəm.

Nahid Rəhimov
шаблоны для dle 11.2
Вернуться назад