Главная > Siyasət > Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Şəhid ailələri və müharibə əlillərinə diqqət və qayğısı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Şəhid ailələri və müharibə əlillərinə diqqət və qayğısı


1-03-2021, 13:09. Разместил: yeni321
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Şəhid ailələri və müharibə əlillərinə diqqət və qayğısı

Cənab Ali Baş Komandan İlham Əliyevin Şəhid və Müharibə əlillərinə olan diqqət və qayğısı bir Azərbaycan vətəndaşı olaraq məni çox qürurlandırır. 25 fevral tarixində Bakının Ramana qəsəbəsindəki yaşayış kompleksində şəhid ailələri və müharibə əlillərinə mənzillərin təqdim olunması bunun bariz nümunəsidir. Bununla yanaşı, qəsəbədəki Şəhid ailələrinin digər problemləri ilə də yaxından maraqlandı. Hər bir problemləri ilə şəxsən maraqlanması onun necə dərin düşüncəli bir şəxsiyyət olmasının əyani sübutudur. Müsahibələrdəki çıxışları ilə çox insanlara örnək olacaq davranışlar sərgiləyir.Xarici jurnalistlərlə olan dialoqlarını ayrıca vurğulamaq istəyirəm. İstər rus, istər inglis, istərsədə fransızca səlist danışması müsahibə alan jurnalistləri ona heyran qoyur. Mən inanıram ki, Şəhid və Qazi ailələri üçün atılan addımlar gələcəkdə daha irimiqyaslı olacaq, çünki biz onların borcunu heç vaxt ödəyə bilmərik.Onlar bu vətən üçün canlarını düşmən gülləsinə heç düşünmədən sipər ediblər.Bizimdə vətəndaşlıq borcumuzdur ki,hər zaman Şəhid və Qazi ailələrinə baş çəkmək,əlimizdən gələn köməkliyi əsirgəməmək.Onlara da öz doğma valideynimiz kimi davranmalıyıq.Allah bütün Şəhidlərimizə rəhmət eləsin, Qazilərə də təcili şəfalar arzu edirəm. Azərbaycan vətəndaşı olmaqdan və Cənab Prezident İlham Əliyevin apardığı siyasətdən də dərin məmnunluq hissi duyuram. Fəxr edirəm ki, mən Azərbaycanlıyam!

Səməd Zenallı,
Masallı rayonunun Şərəfə kənd sakiniшаблоны для dle 11.2
Вернуться назад