Главная > Siyasət > Bakının Ramana qəsəbəsində cənab Prezient tərəfinən şəhid ailələrinə və qazilərə mənzillərin verilməsi Azərbaycanın gücünü bir daha sübut etdi

Bakının Ramana qəsəbəsində cənab Prezient tərəfinən şəhid ailələrinə və qazilərə mənzillərin verilməsi Azərbaycanın gücünü bir daha sübut etdi


1-03-2021, 13:23. Разместил: yeni321
Bakının Ramana qəsəbəsində cənab Prezient tərəfinən şəhid ailələrinə və qazilərə mənzillərin verilməsi Azərbaycanın gücünü bir daha sübut etdi

Ölkəmizdə şəhid ailələrinin, müharibə əlillərinin və veteranlarının sosial müdafiəsi Prezident İlham Əliyevin həyata keçirdiyi daxili siyasət kursunun prioritet istiqamətidir.
Bu kateqoriyadan olan insanlara daim qayğı və diqqət göstərilir. İndiyədək 9100-dən çox mənzil və fərdi ev şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə təqdim edilib. Prezidentin aylıq təqaüdü və digər sosial ödənişlərlə təmin edilməklə yanaşı, həmin vətəndaşların rifahının yaxşılaşdırılmasına xidmət edən bir çox sosial proqramlar da həyata keçirilir, şəhidin vərəsələrinə, müharibə əlillərinə sığorta ödənişi və digər ödəmələr həyata keçirilir. Həmçinin şəhid ailələrinin üzvləri və müharibə əlillərinin övladları təhsil haqqı ödəməkdən azad olunurlar.
Aktiv məşğulluq proqramlarında bu kateqoriyadan olan şəxslərə üstünlük verilir, eləcə də onların məşğulluğunun təmin edilməsi məqsədilə bütün işəgötürənlər üçün məcburi kvota müəyyən edilib. Şəhid ailələri və müharibə əlillərinin sosial müdafiəsinin daha da yaxşılaşdırılması istiqamətində mütəmadi iş aparılır. Prezident İlham Əliyevin Fərmanı ilə YAŞAT Fondunun yaradılması bu kateqoriyadan olan insanlara qayğını daha da gücləndirir. Fond Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş hərbi qulluqçulara və şəhid olmuş şəxslərin ailə üzvlərinə, işğaldan azad olunmuş ərazilərdə xidməti vəzifələrini yerinə yetirərkən, həmçinin hərbi əməliyyatlar bitdikdən sonra onun nəticələrinin aradan qaldırılmasında iştirak etməsi nəticəsində əlilliyi müəyyən olunmuş dövlət qurumlarının əməkdaşlarına və ya həlak olmuş əməkdaşların ailə üzvlərinə müvafiq yardımlar göstərir.
Cənab Prezidentin müvafiq Sərəncamı ilə şəhid ailələri və Qarabağ əlillərinin problemlərinin həlli ilə bağlı yerli icra hakimiyyəti orqanlarında müvafiq şöbə yaradılıb. Bu addım da onların sosial məsələlərinin həllinin daha çevik formada həll edilməsinə xidmət edir. Yaşadığım Masallı rayonunda da İcra hakiyyətində bu şöbənin müdir Qəşəm Hadıyev və əməkdaşı Nurlan Muradov təyin olundu ki həmin şəxslər də 44 günlük Vətən müharibəsinin iştirakçılarıdır. Bu da, öz növbəsində şəhid ailələrinin, müharibə əlillərinin və veteranlara qayğı və diqqətin təcəssümüdür.

Çimnaz Yusifova,
Masallı rayonu, Qızılağac kənd sakini, fəal gənc. шаблоны для dle 11.2
Вернуться назад