Главная > Siyasət > Şəhid ailələrinə və qazilərinə qayğı dövlətin prioritet vəzifəsidir
Şəhid ailələrinə və qazilərinə qayğı dövlətin prioritet vəzifəsidir1-03-2021, 14:07. Разместил: yeni321 |
Şəhid ailələrinə və qazilərinə qayğı dövlətin prioritet vəzifəsidir Dövlətimizin başçısı , Ali Baş Komandan İlham Əliyev haqlı olaraq qeyd edirdi ki, Azərbaycan Ordusunun 44 günlük müharibəsi XXI əsrin müharibəsidir. Bu, hər günü zəfərlə yoğrulmuş bir müharibədir. Bu ölüm-dirim müharibəsində müzəffər ordumuz düşmənə sarsıdıcı zərbələr endirdi , işğal altında olan torpaqlarımız azad olundu və biz düşmən üzərində tarixi qələbə qazandıq.Azərbaycanın tarixinə qızıl hərflərlə yazılmış bu müharibədə Böyük Qələbəni şəhidlərimizin canı, qanı bahasına, hərbçilərimizin şücaəti hesabına qazanmışıq. Vətən müharibəsində xalqımızın milli birliyi ilə əldə olunan qələbədə, Zəfər tarixinin yazılmasında qazilərimizin və şəhidlərimizin xüsusi payı vardır. Ona görə də müharibədə şəhid olanlar, yarala¬nanlar Azərbaycan dövləti tərəfindən müqəddəs tutulur, şəhid ailələrinə, qazilərə daim diqqət göstərilir. Bu gün, demək olar ki, bütün şəhid ailələri dövlət tərəfindən qayğı ilə əhatə olunub. 25 fevral 2021-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bakının Ramana qəsəbəsindəki yaşayış kompleksində şəhid ailələri və müharibə əlillərinə mənzilləri təqdim etməsi dövlətin öz vətəndaşına qayğı və diqqətinin bariz nümunəsidir. Dövlət başçısı tərəfindən cari ilin yanvarında imzalanan Sərəncamla təsdiq olunmuş proqramlara əsasən,2021-2025-ci illərdə ev şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan 11 mindən çox şəhid ailəsi müharibə əlili mənzil , habelə fərdi evlə təmin ediləcək. Görülən işlər böyük sürətlə və yüksək məsuliyyətlə icra olunur. Belə ki , Ramana qəsəbəsindəki şəhərcikdə olan binaların hamısı müasir səviyyədə ,yüksək keyfiyyətlə tikilib. Burada yaşayış üçün bütün imkanlar vardır. Ölkə rəhbərimizin düşünülmüş və uzaqgörən siyasətinin nəticəsidir ki, müharibədən cəmi üç ay yarım keçməsinə baxmayaraq , şəhid ailələri və müharibə əlilləri üçün artıq gözəl yaşayış kompleksi, şəhərcik inşa olunub, onlara təqdim olunub. İstər şəhid ailələri, istərsə də döyüşlərdə yaralanmış qazilər dövlətin daim diqqət mərkəzindədir. Azərbaycan dövləti öz sosial siyasətinin strateji prioritetlərinə sadiqdir.Dövlət şəhid ailələri , müharibə əlilləri üçün əlindən gələni edir. Bütövlükdə, şəhid və ailələri və müharibə əlilləri dövlətin, şəxsən Prezident İlham Əliyevin diqqətindədir. 44 günlük Vətən müharibəsindən sonra isə bu insanlara qayğı daha da artıb. “Azərbaycan 2030: sosial-iqtisadi inki¬şafa dair Milli Prioritetlər”də də bu, əsas hədəftlərdən biri kimi qeyd olunub. Yaşadığım Masallı rayonunda şəhid ailələrinə və qazilərə daim ehtiram göstərilir. Şəhidlərin dəfni yüksək səviyyədə təşkil edilmiş, onların məzarları ailə üzvlərinin razılığı ilə yüksək səviyyədə qurulmuşdur. Şəhidlərin ad günləri isə rayon səviyyəsində qeyd olunur. Bundan əlavə, şəhidlərin ailələri və qazilər tez-tez ziyarət olunur, onların sosial problemləri öyrənilir və operativ həlli istiqamətində əməli işlər görülür. Ziyarətlər zamanı rayon rəhbərliyi ilə yanaşı, ictimaiyyətin nümayəndələri də iştirak edirlər. Keçirilən görüşlər zamanı şəhid ailələrinin üzvləri və qazilər arzu və təkliflərini bildirməklə yanaşı, onlara daim qayğı ilə yanaşan dövlət başçısına və rayon ictimaiyyətinə minnətdarlıqlarını bildirirlər. Uca Tanrıdan işğal olunmuş ərazilərimizin azad edilməsi, ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda aparılan döyüşlərdə misilsiz şücaət və rəşadət göstərmiş şəhidlərimizə rəhmət, yaralılara şəfa diləyirik. Dünyada ən böyük nemət olan ömrünü Vətən naminə qurban verən hər bir övladımız Azərbaycanın tarixində qəhrəman kimi yaşayacaq.Xalqımız şəhid ailələri və qazilərimizə qayğını bundan sonra da diqqətdə saxlayacaq, çünki bizlər bugünkü səadətimiz üçün onlara borcluyuq. Şahbazova Məhbubə Mursəl qızı, Masallı rayonunun Hişkədərə kənd sakini Вернуться назад |