Главная > Siyasət > Seyfəddin Əliyev: Azərbaycan Şəhid ailələrinə diqqətə görə dünya miqyasında seçilən ölkələrdəndir
Seyfəddin Əliyev: Azərbaycan Şəhid ailələrinə diqqətə görə dünya miqyasında seçilən ölkələrdəndir1-03-2021, 14:14. Разместил: yeni321 |
Seyfəddin Əliyev: Azərbaycan Şəhid ailələrinə diqqətə görə dünya miqyasında seçilən ölkələrdəndir Bilindiyi kimi ölkəmizdə şəhid ailələrinə və fiziki qüsurlu şəxslərə dövlət tərəfindən hər zaman diqqət və qayğı göstərilir. Onların sosial problemləri həll olunur, iş və mənzil ehtiyacları dövlət tərəfindən qarşılanır. Sirr deyil ki, Respublikamızın müxtəlif yerlərində, o cümlədən Bakı şəhərində də çoxmənzilli yaşayış evləri tikilərək şəhid ailələrinin mənzillə təmin olunması ənənə halını alıb. Elə iki gün öncə də belə bir ənənənin şahidi olduq. Belə ki, cənap Prezident İlham Əliyevin iştirakı ilə, iki gün öncə Ramana qəsəbəsində şəhid ailələri və müharibə əlilləri üçün inşa olunan yaşayış kompleksindəki mənzillərin təqdim olunması mərasimi keçirilib. Bunun təqdirəlayiq hal olduğunu bildirən Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev “İki sahil”ə açıqlamasında qeyd edib ki, Azərbaycan Şəhid ailələrinə diqqətə görə dünya miqyasında seçilən ölkələrdəndir: “Cənab Prezidentimiz İlham Əliyev həmişə şəhid ailələri və müharibə əlillərinə qayğı ilə yanaşıb, onların problemlərinin aradan qaldırılması ilə əlaqədar müvafiq sərəncamlar imzalayıb, əməli tədbirlər görüb. Belə ki, cənab Prezidentimiz İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə 9000-dən çox imtiyazlı ailəyə mənzillər verilib. Həm birinci, həm də ikinci Qarabağ müharibəsində şəhid olmuş Vətən övladlarının ailələrinin mənzil-məişət şəraiti yaxşılaşdırılır. Azərbaycan şəhid ailələrinə diqqətə görə dünya miqyasında seçilən ölkələrdəndir. Bu diqqətin nəticəsini biz 44 günlük Vətən müharibəsində də gördük. Ali Baş Komandan və müzəffər ordumuz, xalq və Prezident birliyi bütün dünyaya Azərbaycanın gücünü göstərdi. Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli ordumuz həm torpaqları işğaldan azad etdi, həmdə Şəhidlərin intiqamını alaraq yeni tarix yazdı! İndi şəhidlərin ruhu hüzur tapıb!” Taleh Bağırov, “İki sahil” Вернуться назад |