Главная > Siyasət > Şəhid ailələri və Qarabağ əlillərinin evlə təmini UĞURLA DAVAM EDİR

Şəhid ailələri və Qarabağ əlillərinin evlə təmini UĞURLA DAVAM EDİR


1-03-2021, 14:23. Разместил: yeni321
Şəhid ailələri və Qarabağ əlillərinin evlə təmini UĞURLA DAVAM EDİR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevral ayının 25-də Bakının Ramana qəsəbəsində şəhid ailələri və müharibə əlilləri üçün nəzərdə tutulmuş mənzillərin onlara təqdim olunması mərasimində iştirak edib. 
Prezidentə məlumat verilib ki, şəhid ailələri və müharibə əlilləri üçün salınmış yeni kompleks 9 mərtəbəli 30 binadan ibarətdir. Ümumilikdə 1512 mənzilldən ibarət kompleksin ərazisində məktəb, uşaq bağçası və klub-icma mərkəzi inşa olunub. Eyni zamanda qeyd olunub ki, dövlət başçısının 2021-ci ilin yanvar ayında imzaladığı sərəncamla təsdiq olunmuş proqrama əsasən 2021-2025 –ci illər ərzində daha 11 mindən çox şəhid ailəsi və müharibə əlili mənzillə təmin olunacaqlar.
Komplekslə tanışlıqdan sonra Prezident İlham Əliyev şəhid ailələri və müharibə əlilləri ilə görüşüb.
Ölkə başçısı görüşdə çıxış edərək, Ramana qəsəbəsində yaşayan şəhid ailələri və müharibə əlilləri üçün nəzərdə tutulmuş yaşayış kompleksinin istifadəyə verilməsinə görə onları təbrik edib. Və bildirib ki, "burada otuz bina inşa ediblər. Binaların hamısı müasir səviyyədə, yüksək keyfiyyətlə tikilib, mənzillər də çox genişdir, işıqlıdır. Uşaq bağçası, 1200 şagird yerlik məktəb inşa edilib. Yəni yaşayış üçün bütün imkanlar var və bu münasibətlə sizi ürəkdən təbrik edirəm”.
Prezident onu da bildirib ki, müharibədən cəmi uç ay yarım keçməsinə baxmayaraq, şəhid ailələri və müharibə əlilləri üçün bu cür gözəl yaşayış kompleksi inşa olunub. Şəhid ailələri və müharibə əlillərinin daim dövlətimizin diqqətində olduğunu qeyd edən prezident son 17 il ərzində 9200-ə yaxın fərdi yaşayış evinin onlara təqdim olunduğunu bildirb. Təkcə 2020-ci ildə bu rəqəm 1572 bu il isə 3 minə yaxın mənzilin şəhid ailələri və müharibə əlillərinə təqdim olunacağını bildirib. Eyni zamanda müharibə əlillərinə 7200-ə yaxın minik avtomobili verildiyini bildirən Prezident bu rəqəmləri sadalmaqla dövlətin bu kateqoriyadan olan insanlara qayğısını bir daha dilə gətirmək istədiyini qeyd edib. Müzəffər Ali baş komandan müqayisə üçün bildirib ki, dünyada müharibələr çox olub, amma heç bir ölkədə həyatını itirənlərə bizdəki qədər qayğı diqqət göstərilməyib. 44 günlük Vətən müharibəsində müzəffər ordumuz düşmən ordusunun 6-7 min işğalçısını məhv edib. Ermənistan dövləti onların ailələrinə heç bir yardım göstərməyib, ümumiyyətlə Ermənistanda bizdə olan proqram mövcud deyil. İkinci Qarabağ müharibəsində 3 minə yaxın şəhidimizin olduğunu bildirən Prezident, qeyd edib ki, həm birinci həm də ikinci Qarabağ müharibəsindəki şəhidlərimizin qanını aldıq, düşməndən intiqamımızı aldıq, ərazi bütövlüyümüzü bərpa etdik və şəhidlərimizin əziz xatirəsini qəlbimizdə əbədi yaşadacağıq. Sonda, "Azərbaycan dövləti və mən Prezident kimi hər zaman sizin yanınızda olacağam”-deyə cənab Prezident bildirib .
Daha sonra şəhid Milli Qəhrəman İlqar İsmayılovun anası Fatma Qocayeva və İkinci Qarabağ müharibəsi əlili Rəhim Babayev cıxış edərək, Prezidəntə onlara göstərdiyi diqqət və qayğıya görə bütün şəhid ailələri və müharibə əlilləri adından dərin hörmət təşəkkürünü bildiriblər.

Eyvazov Fəxrəddin Səfail oğlu,
Masallı rayon Mahmudavar kənd sakiniшаблоны для dle 11.2
Вернуться назад