Главная
> Siyasət >
Minnətdarıq Ali Baş Komandana! Vətən!
Minnətdarıq Ali Baş Komandana! Vətən!
1-03-2021, 14:35. Разместил:
yeni321
Minnətdarıq Ali Baş Komandana! Vətən!
Hər daşına, kəsəyinə qurban olum. Sənin tamlığın, müstəqilliyin heç bir şeylə əvəzlənə bilməz. Bu tamlıq uğrunda hamımız canımızdan, qanımızdan keçməyə hər an hazır olan insanlarıq. Bizləri bu ruhda böyüdüb boya-başa çatdıran anaların əllərindən öpürəm.Nə qədər müqəddəs və şərəfli iş imiş 30 ildən artıq tapdaq altında olan Vətən torpağının azadlığı...
2020-ci ilin son aylarında biz bunun şahidi olduq. 44 gün ərzində erməni işğalçılarına qarşı apardığımız ikinci Qarabağ savaşında azəri övladlarının Vətən torpağı uğrunda göstərdiyi böyük şücaət və bunun sayəsində əldə olunmuş qələbə dünya hərb tarixində yeni bir səhifə açdı. Doğurdan da çox qürurvericidir. Uzun illər idi torpaqlarımız işğal olunmuş, tapdaq altındadır.
Hər bir Azərbaycan vətəndaşı kimi mənim də qəlbimdə bir torpaq həsrəti, bir namus intiqamı var idi. Bu daxilən bir sıxıntı, başımız başqa millətlərin yanında aşağı idi. Məhz 44 günlük ikinci Qarabağ savaşında qazanılmış qələbə dünya dövlətlərinə bir daha azəri xalqının mübarizliyini göstərmiş oldu və bunun sayəsində bu gün hamımızın başı dikdir.
Buna görə hamımız bu böyük qələbənin memarı Ali Baş Komandana minnətdarıq!
Əlbəttə, müharibələr heç vaxt itkisiz olmur. Biz də bu müharibədə 3000 nəfərədək şəhid verdik, 10 000 nəfərdən çox qazimiz var. Canını Vətən torpağı uğrunda fəda edib şəhidlik zirvəsinə ucalan hər bir azəri övladı ilə fəxr edirik. Onlar bizim qürur mənbəyimizdir. Azəri anasının şəhid olmuş övladının tabutunu çiyninə alıb son mənzilə yola salması səhnəsi nə qədər kövrəldici olsa da o qədər də qürurverici bir səhnədir. Biz hamımız bu analarla fəxr edirik!
Hamımızın borcudur ki, canını bu torpaq uğrunda fəda verən və ya sağlamlığını itirən soydaşlarımızı heç vaxt unutmayaq, onların ailələrinə maddi və mənəvi dəstək olaq.
Əlbəttə ki, bu işlər dövlət səviyyəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən yüksək səviyyədə həyata keçirilir. 25 fevral 2021-ci ildə Bakının Ramana qəsəbəsindəki yaşayış kompleksində şəhid ailələri və müharibə əlillərinə mənzillərin təqdim olunması və rayonlarımızda yaşayan şəhid ailələri üçün binaların və fərdi evlərin tikintisi buna böyük misaldır.
Hüseynov Camal Həsənli oğlu,
DİİXİ Hİ-nın Masallı rayon kömitəsinin sədri.
шаблоны для dle 11.2
Вернуться назад