Главная > Siyasət > Masallıda dövlət qulluqçularının sayı

Masallıda dövlət qulluqçularının sayı


2-03-2021, 19:17. Разместил: yeni321
 Masallıda dövlət qulluqçularının sayı 

"Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun qəbulundan 20 ildən artıq vaxt keçməsinə baxmayaraq dövlət qulluğu sahəsində geniş qanunvericilik bazası yaradılmış, həyata keçirilmiş islahatlar nəticəsində Azərbaycanda müasir dövlət qulluğu sistemi formalaşmış, dövlət qulluqçularının peşəkarlığının və sosial müdafiəsinin gücləndirilməsi məqsədilə zəruri addımlar atılmışdır.
Masallı Rayon Statistika İdarəsindən 2021-ci ilin yanvarın 1-nə verilən məlumata görə rayonda dövlət qulluqçularının sayı 227 nəfər olmuşdur ki, onların da 89,9 faizi və ya 204 nəfəri kişilər, 10,1 faizi və ya 23 nəfəri isə qadınlar təşkil edir.
Dövlət qulluqçularının 27,3 faizi və ya 62 nəfəri 29 yaşadək, 20,3 faizi və ya 46 nəfəri 30-34 yaşda, 11,9 faizi və ya 27 nəfəri 35-39 yaşda, 19,8 faizi və ya 45 nəfəri 40-49 yaşda, 15,8 faizi və ya 36 nəfəri 50-59 yaşda, 4,9 faizi və ya 11 nəfərini isə 60 və yuxarı yaşda olan şəxslərdir.

www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад