Главная > Siyasət > Yüksək diplomatik məharət

Yüksək diplomatik məharət


3-03-2021, 12:16. Разместил: yeni321
Yüksək diplomatik məharət

Prezident İlham Əliyevin yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransı Azərbaycanla bağlı həqiqətlərin dünyaya çatdırılması mənim fikrimcə mühüm önəmə malikdir. Dörd saatdan çox davam edən mətbuat konfransında dövlətimizin başçısı 35-dən çox media nümayəndəsinin 50-yə yaxın sualına ətraflı cavab verdi.
Mətbuat konfransının Xocalı soyqırımının 29-cu ildönümündə keçirilməsi xüsusi önəm kəsb edirdi. Dövlətimizin başçısı xarici KİV-lərin diqqətini növbəti dəfə Ermənistanın Azərbaycana qarşı soyqırımı siyasətinə yönəltdi, Xocalı ilə bağlı reallıqları bir daha bütün dünyaya bəyan etdi. Dövlətimizin başçısı sualları yüksək diplomatik məharət, natiqlik nümayiş etdirərək, səlis, dəqiqliklə, məntiqlə, tam əsaslandırılmış şəkildə, həm də müxtəlif dillərdə cavablandırdı.
Böyük Britaniyadan olan jurnalist Aynur Tattersal mətbuat konfransında deyib ki, 25 ildir jurnalistika ilə məşğuldur, amma hər hansı prezidentin dörd dildə bu cür mətbuat konfransı keçirməsinin şahidi olmayıb. O, Prezidentin rekorda imza atdığını dilə gətirib. Bu mətbuat konfransı informasiya cəbhəsində Azərbaycanın mövqeyini daha da gücləndirdi və bir daha dünyanın diqqətini ölkəmizə cəlb etdi.
 
Məmmədov Anar Ənvər oğlu,
Masallı rayon sakini.шаблоны для dle 11.2
Вернуться назад