Главная > Siyasət > Dörd saatlıq dərs...

Dörd saatlıq dərs...


3-03-2021, 12:23. Разместил: yeni321
Dörd saatlıq dərs...
 
Azərbaycan Respublkasının Prezidenti cənab İlham Əliyevin fevralın 26-da yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransının hər bir dəqiqəsini fəxrlə və qürurla izləyirdim. Çünki sualları cavablandıran mənim prezidentim, dünya siyasət məktəbinin alimi, bəşəriyyətə sülh arzulayan və bütün dünya ölkələrindən, mötəbər qurumlardan sülh tələb edən cənab İlham Əliyev idi.
Mətbuat konfransını izlədikcə özümü bir alimin mühazirəsində hiss edirdim. Bu qədər səlis, axıcı və məntiqli cavabları yalnız alimlər və həqiqəti söyləyənlər verə bilərdi. Ali liderin qüsursuz və tutarlı nitqində Xocalı qətliamını törədənlər ifşa edilərək bir daha dünyaya çatdırılır, Azərbaycan Ordusunun işğaldan azad etdiyi ərazilərdə uğurlu hərbi əməliyyatları, Ermənistanın diversiya qruplarının törətdiyi cinayətləri, ərazilərin minalardan təmizlənməsi,məcburi köçkünlərin öz yurdlarına qaytarılması qrafiki, işğaldan azad olunan ərazilərimizin bərpası barədə geniş məlumat verilirdi.
Bütün bunlarla yanaşı cənab prezident İlham Əliyev bəzilərinə tərbiyə və əxlaq dərsi vermiş oldu. İstər konfrans iştirakçısı olan İranın Mehr xəbər agentliyinin qadın müxbirinin təxribatçı sualını cavablandırdığı zaman “qadınsan, dost ölkədən gəlmisən” ifadəsi ilə, istərsə də mətbuat konfaransını KİV vasitəsi ilə izləyənlərə “Bizim sözümüz imzamız qədər keçərlidir” ifadəsi ilə dürüst olmağa, Azərbaycanlıların təbiri ilə desək KİŞİ olmağa çağırış etdi.
Ümidvarıq həyatlarını hiylə və yalanlarla keçirənlər, bu günədək sözünü tutmayanlar Azərbaycan Prezidentinin alimanə mesajlarını eşitdi və yol yaxınkən nəticə çıxaracaqlar.
Yaşasın Azərbaycan Respublikasının Prezidenti.
Yaşasın Azərbaycan!

Hikmət Malik oğlu Xəlilov,
Masallı rayonunun Köçəkli kənd sakini. шаблоны для dle 11.2
Вернуться назад