Главная > Siyasət > Azərbaycan gerçəklərini dünyaya tanıdan lider
Azərbaycan gerçəklərini dünyaya tanıdan lider3-03-2021, 12:29. Разместил: yeni321 |
Azərbaycan gerçəklərini dünyaya tanıdan lider 26 fevral 2021-ci il tarixdə möhtərəm Prezidentimiz İlham Əliyevin xarici və yerli jurnalistlərlə keçirtdiyi mətbuat konfransı əksər dövlət rəhbərlərinə nümünədir. Xocalı soyqırımı, 44 günlük müharibə,azad olunmuş torpaqların bərpası haqqında ətraflı məlumat verildi. Hətta işğaldan azad olunmuş ərazilərdə olan jurnalistlərin fikirləri ilə tanış olduq. 30 ilə yaxın işğalda saxlanılan torpaqlarda ermənilər ancaq mina basdırmaqla, mülki və dövlət obyektlərini,təbii sərvətlərimizi talamaqla məşğul olublar. Prezidentin 4 saat 20 dəqiqə fasiləsiz 4 dildə suallara cavab verməsi 25 il jurnalist stajına malik türk əsilli Böyük Britaniya xəbər agentliyinin əməkdaşının gözündən qaçmamışdır. “Bununla siz, dünya rekordu vurdunuz”- deyə qeyd etdi. Rusiyanın Zvezda telekanalının əməkdaşının fikri: “Dünyanın gözündə siz unikal Prezident yaratdınız. 44 günlük müharibə zamanı 23 dəfə Ermənistana sülh təklifi etdiniz, Ermənistan isə bir dəfə də olsun bu addımı atmadı”. İspan jurnalistinin fərəhlə dedikləri: ”Sizin dil qabiliyyətinizə söz ola bilməz bu mənim dövlət rəhbərlərində yoxdur”. İlham Əliyev cənablarının siyasi zəhmindən İran Mehr xəbər agentliyinin xanım jurnalisti sualı düzgün qura bilmir. Prezidentimiz jurnalistin məsuliyyətini, hansı dövləti təmsil etməsini unutmamağı ona başa salır. Bütün bunlar məni çox heyran etdi.Hələ ilk dəfə Prezident seçiləndə vəd etdiklərini həyata keçirməsi, Ulu Öndərin vəsiyyətini yerinə yetirməsi ölkəmizin işıqlı sabahından xəbər verir. İnanıram Azərbaycan elə bir qüdrətə malik olacaq ki, dünyanın güc-qüvvələri onunla razılaşacaqlar. XI əsrin hərbi taktikasına yeniliklər gətirən, Azərbaycan diplomatiyasına uğurlar qazandıran, ölkəmizin inkişafına, xalqımızın rifahınının yaxşılaşmasına ömrünü həsr edən Prezident-Azərbaycan Prezidentidir. Xalqın Prezidentlə birliyini qurub məhəbbətini qazanmışdır. Odur ki xarici və daxili düşmənlərə üz tutub deyirəm: Xalqın sevgisinə nail olan rəhbərə heç kəsin gücü çatmaz. Biz həmişə möhtərəm Prezident İlham Heydər oğlu Əliyevin yanındayıq. Əfrail Fərziyev, Masallı rayonu, Ərkivan qəsəbəsi. Вернуться назад |